Namazın təşəhhüdündə şəhadət barmağı sona qədər tərpədilir?

    10.04.2018
Sual: 
salam aleykum size bir sualim var xahis edirem tam deqiq melumat verediz namazin son oturusunda barmaq terpedmek ettehiyatu oxuyana qedermi olur yoxsa namazin sonuna yeni salam verene kimi evvelde ALLAH razi olsun ...
Cavab: 
Va aleykum Salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) təşəhhüdü və ondan sonra duaları deyərkən sağ əlinin şəhadət barmağını namazın sonuna salam verənə qədər yüngülcə tərpədərdi. Rəvayət edilir ki, Vail ibn Hucr (Allah ondan razı olsun) belə demişdir: "Mən Allah Elçisinin (salləllahu aleyhi və səlləm) necə namaz qılmasına baxdım. O, qalxıb təkbir etdi, əllərini qulaqları qədər qaldırdı. Sonra sağ əlini sol əlinin biləyi üzərinə qoydu. Ruku etmək istədikdə, əllərini əvvəlki kimi qaldırdı. (Rukuda) əllərini dizlərinə qoydu. Başını (rukudan) qaldırdıqda, əllərini əvvəlki kimi qaldırdı. Sonra səcdə etdi və əllərinin qulaq tərəfinə (yerə) qoydu. Sonra sol baldırı üzərində oturdu və sol əlini sol baldırı üzərinə qoydu. Sağ dirsəyini sağ baldırı üzərinə qoydu. Sonra iki barmağını halqa şəklində yumdu. Sonra barmağını qaldırdı. Onu tərpədərək dua etdiyini gördüm". (ən-Nəsai, 889). Daha ətraflı:
Teqlər: 
Paylaş: