Təşəhhüddə barmağı tərpətmək, yoxsa bir vəziyyətdə saxlamaq üstündür?

    01.06.2016
Sual: 
Esselemu aleykum.Namazda tewehhudde barmagi terpetse efzeldi yoxsa terpetmese? Allah razi olsun.
Cavab: 
Və aleykum Salam. Namaz haqqında olan hədislərin çoxunda təşəhhüddə barmaqla işarə etmək keçir. Lakin, təşəhhüddə barmağı tərpətmək haqda hədislər də vardır. Vail ibn Hucr (Allah ondan razı olsun) belə rəvayət edir: "Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) necə namaz qıldığını mütləq görməliyəm!” dedim. Allah Elçisi (salləllahu aleyhi və səlləm) qalxdı və üzünü qibləyə çevirdi. Təkbir edərək əllərini qulaqları bərabərində qaldırdı. Sonra sağ əli ilə sol əlini tutdu. Rukuya getmək istədikdə, eynilə əllərini qaldırdı. Sonra əllərini dizlərinin üstünə qoydu. Başını rukudan qaldırmaq istədikdə, eynilə əllərini qaldırdı. Səcdəyə getmək istədikdə, başını önə (əyərək yerə) qoydu. Sonra sol ayağını yerə uzadaraq oturdu. Sol əlini sol budunun, sağ dirsəyini isə sağ budunun üstünə qoydu. (Sağ əlinin barmaqlarından) ikisini (çeçələ barmaqla yanındakını) yumdu, iki barmağını (orta barmaqla baş barmağı) da birləşdirərək halqa şəklinə gətirdi”. Vail deyir: "Mən onu bax belə gördüm". (Hədidisin ravisi) Bişr orta barmaqla baş barmağı birləşdirərək halqa şəklinə gətirdi və şəhadət barmağı ilə işarə etdi!" (Əbu Davud, 726). Digər rəvayətdə isə deyilir: "...Sonra barmağını qaldırdı. Dua etdikdə barmağını tərpətdiyini gördüm". (ən-Nəsai, 889).  Daha ətraflı: Namazda təşəhhüddə barmağı nə üçün qaldırırlar?
Paylaş: