Namazda şəhadət dedikdə barmağı niyə qaldırırlar?

    09.02.2014
Sual: 
salam aleykum.namazda sahadet.dedikde barmagi niye qalxisirlar?
Cavab: 
Və aleykum Salam. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazın (təşəhhüdündə) oturduqda, əllərini dizləri üzərinə qoyar, sağ əlinin baş barmağından sonra gələn barmağıyla işarə edərək dua edərdi. (ət-Tirmizi, 294).
Abdullah ibn əz-Zubeyr (Allah ondan razı olsun) demişdir: "Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) təşəhhüddə sağ əlini sağ buduna, sol əlini sol buduna qoyar, sağ əlinin orta barmağı ilə baş barmağını halqa şəklinə salıb şəhadət barmağı ilə işarə edərdi". (Muslim, 1336).
Abdullah ibn Zubeyr (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) iki və ya dörd rükətin sonunda oturduqda, əllərini dizləri üzərinə qoyar sonra barmağı ilə işarə edərdi. (ən-Nəsai, 1149, 1161). Vail ibn Hucr (Allah ondan razı olsun) demişdir: "...Peyğəmbər (salləllahu aleyhi və səlləm) şəhadət barmağını dua edəndə tərpədərdi". (ən-Nəsai, 1251).
 
Namazda şəhadət barmağını qaldırmağın hikmətinə gəlincə, bu barədə alimlərin bir neçə hikməti qeyd ediblər:
  1. Şəhadət barmağı qaldırmaq Uca Allahın təkliyinə işarədir. 
  2. Təşəhhüd özü dualardan ibarətdir və dua edərkən şəhadət barmağını qaldırmaq müstəhəbdir və bu Allahın Ucalığına işarədir. 
  3. Bu, şeytana ağır gəlir. Necə ki Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: "Bu şeytana dəmirdən daha da ağır gəlir". (İmam Əhməd, 6000).
  4. Həmçinin, bu əməlin namazı xüşu ilə qılınmasına və fikrin yayılmamasına səbəb olduğu da deyilmişdir.
Teqlər: 
Paylaş: