Səsli camaat namazında imamın arxasındakılar Fatihə surəsini oxumalıdırmı?
Sual:
Assallamu alleykum..Imamin arxasinda sesli namazda Fatixa oxunur?
Cavab:
Və aleykum salam. Səsli camaat namazında imamın arxasındakılara Fatihə surəsini oxumağın vacib olub-olmaması elm əhli arasında ixtilaflı olan məsələlərdəndir. Daha üstün olan rəyə görə səsli namazların ilk iki rükətində imamın arxasında namaz qılan bir kəsin Fatihə surəsini oxumasına ehtiyac yoxdur. Əbu Hureyra (Allah ondan razı olsun) belə rəvayət edir: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səsli qıldığı namazı bitirdikdən sonra çevrilərək belə buyurdu: "Sizdən kimsə bir az əvvəl mənimlə birgə oxuyurdumu?" Bir kişi dedi: "Bəli, ey Allahın Elçisi!" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Mən də nə üçün qiraətim qarışır - deyirəm". İnsanlar Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bunu eşidikdən sonra bir daha Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səsli oxuduğu namazlarda onunla birgə oxumadılar". (ət-Tirmizi, 910, 919, 927; Əbu Dəvud: "Salət", 137). Amma oxuması da icazəlidir.