Camaat namazı necə qılınır və camaat namazına sonradan qoşulan nə etməlidir?
Sual:
Camaat Namazi nece qilinir ve eger sonradan qatilmisansa namaza ne etmelisen?
Cavab:
Salam aleykum. Camaat namazı haqqında bu cavabları oxuyun:
Camaat namazına gecikən neçənci rükətə çatıbsa, oradan başlayaraq camaatla namazı qılır, imam salam verib namazı bitirdikdə isə salam verməyərək ayağa qalxır və qılmadığı rükətləri də qılır, axırda salam verərək namazı bitirir. Camaat namazına qoşularkən camaat qiyam (ayaq üstə surələrin oxunması) və ya rukü halındadırsa, həmin rükətə çatmış sayılırsınız, səcdə və ya təşəhhüd halında isə həmin rükətə çatmış sayılmırsınız və həmin rükətin əvəzində sonra bir rükət də qılmaq lazımdır. Camaat səcdə və ya təşəhüddə olsa da gözləmədən camaata qoşulmaq vacibdir.