Camaat namazı necə qılınır?

    01.05.2014
Sual: 
Salam aleykum. Iki ve uc ruketli, sesli ve ya sessiz terzde qilinan camaat namazinin qaydalarini yazardiz. Yeni ki camaat hansi sozleri demelidi ve ya susub imamI dinlemelidi? Xahiş edirem etrafli yazin. Allah razi olsun!
Cavab: 

Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Camaatla qılınan namaz tək qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilət­li­dir". (Muslim, 1509). 
Camaat namazı imamla birlikdə qılınan namazdır. İki nəfər və ya daha çox adam bir yerdə namaz qılarsa, artıq bu camaat namazı sayılır. Belə olduğu halda içərilərindən bir nəfər imam durur və tək olanda necə namaz qılırsa, o cür də namaz qılır. Səssiz qılınan namazlarda imam "Allahu Əkbər" (təkbir), rukudan qalxdıqda "Səmi Allahu limən həmidəh" sözlərini və namazın qurtarmasını bildirmək üçün salamları səslə deyir. Səsli namazlarda isə bunlara əlavə olaraq, birinci və ikinci rükətlərdə Fatihə surəsini və ondan sonra oxuduğu surəni bərkdən oxuyur, 3-cü və 4-cü rükətlərdə isə Fatihəni səssiz oxuyur.
İki kişi camaat namazı qılanda imam solda olmaqla yanaşı dayanırlar. Bir kişi və bir qadın camaat namızını qılırlarsa, kişi qabaqda, qadın isə arxada durur. Üç və daha çox adam olduqda, imam öndə, digərləri isə arxada sıra ilə dayanırlar.
Camaat namazında duaları oxumağı çatdıra bilməsək də, imama tabe olmaq vacibdir. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "İmam ona tabe olmaq üçün təyin edilir, ona görə də ona müxalif olmayın. O təkbir etdikdə təkbir edin, rüku etdikdə, rüku edin. O, oxuduğu zaman isə siz susun". (əl-Buxari: "Salət", 18; Muslim: "Salət", 77, 82). Hərəkətlərdə imamı qabaqlamaq isə haramdır.  Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Başını imamdan öncə qaldırdan şəxs qorxmurmu ki, Allah onun başını eşşək başına, yaxud surətini eşşək surətinə çevirər". (əl-Buxari, 691).

Qeyd: Yalnız qadınlardan ibarət camaat namazında hətta 2 nəfərdən çox olsalar da, imam öndə yox, sıranın ortasında dayanır.
Kişi və qadınlardan ibarət camaata kişi imamlıq etməlidir. İmamın arxasında 1-ci sırada kişilər, onların arxasında isə qadınlar dayanırlar. Kişi və qadınlar bir-birinə naməhrəmdirlərsə, onların arasında pərdə, divar və s. olması yaxşıdır. Əks halda namaz qurtardıqdan sonra kişilərin arxaya çönməyərək gözləməsi və qadınların durub getməsi daha yaxşıdır.

Teqlər: 
Paylaş: