Ticarətə yatırım məqsədilə pul götürən şirkətdən artıq faiz almaq icazəlidirmi?
Sual:
Salam. Sualım belədir: bir şirkət bizdən müəyyən yatırım alıb elektron ticarətlə məşğul olur, məhsulları depolamaq üçün bizdən ödəniş alır. Sonra satışdan bizə də artımlı ödəniş verir. Mənim ondan faizlə artıq aldığım pul haramdır?
Cavab:
Və aleykum Salam. Əgər sözügedən şirkət sizbən bu pulu borc kimi alırsa, qaytararkən üzərində faiz almağınız riba (sələm) sayılır və bu haramdır. Əgər pulu sizdən sizi öz ticarətinə şərik etmək məqsədilə alırsa və pulu qaytardıqda öz gəlirinin müəyyən hissəsindən sizə verirsə bu icazəlidir. Lakin bir şərtlə ki, qaytarılan artıq pul gəlirin müəyyən hissəsi olsun və bu məbləğ gəlirdən asılı olaraq dəyişə bilər. Konkret faiz qoyub istənilən halda (gəlir artıb-azalmasından asılı olmayaraq) bu məbləği almaq doğru deyil. Bilmək lazımdır ki, pul qoyaraq şərikliyə girən tərəf xeyirə şərik olduğu kimi, ticarətə dəyən ziyana da şərik olmalıdır. Həmçinin oxuyun: