İnvestisiya yatıraraq şirkətin gəlirlərindən pay götürmək olarmı?

    17.01.2022
Kimdən: 
Anonim
Sual: 
Salam aleykum və rəhmətullah 1.Tənə vurmaq nədir? 2.Bir kəsi məzəmmət etmək(danlamaq) olarmı? Əgər danlağı həmin adamın düzəlməsi,işini düzgün görməsi üçün edilirsə?Səhvlərini özünə demək və bunları düzəltmək üçün ona məsləhət vermək olarmı? 3.Qeybət nədir? 4.əgər kimsə birinin qeybətini mənim yanımda edirsə və mən də qulaq asır və heç nə demirəmsə günah qazanmış oluram?Həmin adama dəfələrlə qeybət etmə demişəm hələ də kimsələrin qeybətini edir mənim yanımda mən günah qazanıram? 5.Bir dostum var islama dəvət etmişəm amma dəvətimi qəbul etmir,pis işlərini tərk etmir.Beləsi ilə dostluğu kəsə bilərəm? 6.Investisiya yatırmaq və şirkətin gəlirlərindən hissə(faiz) götürmək haramdır?
Cavab: 

Va aleykum Salam.

1) Tənə vurmaq - kinayə etmək, istehza etmək və rişxənd eləmək deməkdir. Tənə sözünün müstəqil mənası isə "danlaq" və "məzəmmət" deməkdir.


2) Bir insanı islah etmək, səhvlərini düzəltmək məqsədilə, təklikdə, insanların içində eyiblərini açmadan nəsihət üçün danlamaq icazəlidir. Xüsusilə də əgər bu, danlayanın sözünü qəbul edən insandırsa və bu onun özünü düzəltməsinə səbəb olacaqsa, bunu etmək bəyənilir. Bir insanın öz müsəlman qardaşına (və ya bacısına) nəsihət etməsi onun üzərində vacib olan haqdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Müsəlmanın müsəlman üzərində altı haqqı vardır". Səha­bələr: “Ey Allahın Elçisi, onlar hansılardır?”- deyə soruşdular. O buyur­­du: “Səninlə qarşılaşdıqda ona salam ver, səni (qonaq) çağırdıqda onun də­və­tini qəbul et, səndən öyüd-nəsihət istədikdə ona nəsihət ver, asqırıb “Əl­həm­dulilləh”- dedikdə, ona “Yərhəmukəllah!” (Allah sənə rəhm etsin!) - de, xəstələn­dik­də onu ziyarət et və öldükdə onun cənazəsini müşayiət et”. (Muslim, 4023). Həmçinin oxuyun: Din nəsihətdir!


3) Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) səhabələrinə demişdir: "Qeybətin nə olduğunu bilirsinizmi?" Onlar dedilər: "Allah və Rəsulu daha yaxşı bilir". O dedi: "Qardaşının xoşlamayacağı bir şeyi onun haqqında danışmaq" Dedilər: "Bəs dediyim şey qardaşımda varsa necə?" O dedi: "Əgər dediyin şey onda varsa onun qeybətini etmiş olursan, yox, əgər yoxdursa, ona böhtan atmış olursan" (Muslim, 2589). Ətraflı oxuyun:  Qeybət etmək haqqında


4) Bu cavabı oxuyun: Qeybətə istəməyərək qulaq asmaq günahdırmı?


5) Bu cavabı oxuyun: Dostun səni günaha aparırsa, nə etməli?


6) Hansısa bir şirkətə investisiya yatırıb onun gəlirlərinin müəyyən hissəsindən (faizindən) yararlanmaq icazəlidir. Bu növ şəriklik İslamda "Mudarabə" adlanır. 

Paylaş: