Qeybətə istəməyərək qulaq asmaq günahdırmı?
Sual:
Salam aleykum.Menim size cox suallarim olacaq.1.Menim ehatemde qeybət eden insanlar coxdu.Men ise qeybət etmeyi sevmirem.Valideynlərim bele edirler.Onlar edende men deyirem qeybet etmeyin günahdi amma sözümə qulaq asmirlar.Men gunah isledirem yoxsa onlar?
2.Mən hər gün Allahı və Axirət dünyasını fikirləşirəm.Allaha yalvarıram məni cəhənnəmdən qorusun.Bu fikirlər mənə xeyirdi yoxsa ziyan?
3.Bəzən fikirləşəndə ağlıma birdən Allah yoxdu,ona inanma fikirlər gəlir.Bu şeytanın əməlidi?
4.Mənim atamın cox pis xasiyyəti var.Mən onun əxlaqının gözəlləşməsi üçün dua edə bilərəmmi?
5.Mən bəzən ölümlərlə qarşılaşmışam.Allah məni qoruyub və yenədə qoruyur.Allah Teala məni sevir mi?
Cavab:
Va aleykum Salam.
1. Xoşlanaraq və razılıqla qeybət edəni dinləyən özü də qeybət etmiş kimidir. Çünki, bu hərəkət qeybət edəni həvəsləndirir, cəsarətləndirir və bununla da, onun dediklərini təsdiq etmiş olur. Deməli, qazanılmış günahda onunla ortaqdır. Ona görə də çalışıb qeybətin qarşısını almalısınız və ya qeybət olunan yeri tərk etməlisiniz, əks halda o günahdan sizə də pay düşər. Valideynlərinizi bu günah əməldən çəkindirməyə çalışdığınız üçün savab qazanırsınız. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sizdən bir kimsə münkər (pis, günah) iş görərsə, bacarırsa onu əli ilə dəf etsin, onu bacarmazsa dili ilə, onu da bacarmazsa qəlbi ilə dəf etsin ki, bu da imanın ən əşağı – və ya ən zəif – dərəcəsidir". (Muslim, 49). Qəlb ilə nifrət etməyə oranı tərk də etmək daxildir. Həmçinin oxuyun:
2. Allahı tez-tez zikr etmək, ölümü, axirəti xatırlayaraq ona hazırlaşmaq və Cəhənnəm əzabından qorunmaq üçün Allaha dua etmək xeyirli əməllərdəndir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Ləzzətləri dağıdıb acılaşdıran ölümü tez-tez xatırlayın!". (ət-Tirmizi "Zuhd", 4). İbn Ömər (Allah onlardan razı olsun) rəvayət edir: "Mən Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanında idim. Ənsarlardan bir kişi onun yanına gəlib Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salam verdikdən sonra dedi: "Ey Allahın Elçisi, möminlərin ən üstünü hansılardır?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) dedi: "Əxlaqı ən gözəl olanlar!" Kişi dedi: "Möminlərin ən ağıllısı hansılardır?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) dedi: "Ölümü çox yad edənlər və ölümdən sonra olana (Axirətə) ən gözəl şəkildə hazırlaşanlar. Ən ağıllı olanlar onlardır". (İbn Məcəh, 4259, 4400).
3. Bu cavabı oxuyun: Hərdən beynimə Allahla qarşı pis fikirlər gəlir. Bundan xilas olmaq üçün nə edim?
4. Bəli, övlad valideynlərinin hidayət, gözəl əxlaq sahibləri olmaları, günahlarının bağışlanmaları, cənnətə düşmələri və s. üçün dua edə bilər və bu savab əməllərdəndir. Həmçinin oxuyun:
5. Bu cavabları oxuyun: