Valideyn üçün bağışlanma duası varmı?

    07.04.2014
Sual: 
Salam aleykum. Valideyinler üçün bagishlanma duasi varmi? Varsa, zehmet olmasa bura yazinda! Ele bir dua olsun ki, men her namazda o duani oxuyum. Valideyinlerimin gunahlarini Allah Teala bagishlasin! Allah komeyiniz olsun! Sag olun!
Cavab: 

Aleykum salam. Qurani Kərimdə Nuh peyğəmbərin öz valideynləri üçün etdiyi duası vardır. Bu duanı hər namazda edə bilərsiniz. Nuh Allaha dua edərək belə demişdir: "Rabbi iğfirli, vali valideyyə, va limən dəxalə beytiyə, mu'minən va lil mu'mininə, val mu'mininət valə təzidiz-zaliminə illə təbəra" - "Ey Rəbbim! Məni, valideynlərimi, mənim evimə mömin kimi daxil olan kimsəni və bütün mömin kişi və qadınları bağışla. Zalımların isə ancaq həlakını artır!" (Nuh, 28).

 

Teqlər: 
Paylaş: