Allahın məni sevməsini necə bilə bilərəm?
Aleykum salam. Alimlər demişlər ki, əgər Allah qatında dəyərini bilmək istəyirsənsə, bu dünyada Allaha verdiyin dəyərə bax gör, nə qədər Allahı zikr edib ona itaət edirsən.
Bir gün bir kişi peyğəmbərin (salləllahu aleyhi və səlləm) hüzuruna gəlib belə dedi: "Mənə elə bir əməl öyrət ki, həm Allah yanında, həm də camaat nəzərində sevimli olsun. Buyurdu: "Dünyaya könül bağlama, Allah yanında əziz olarsan. Camaatın da malına göz dikmə, camaat səni sevsin". (İbn Məcəh). "Böyük əcr-savab bəlanın böyüklüyünə görə verilir. Uca Allah bir camaatı sevdikdə O, onları imtahana çəkir. Kim razı qalarsa, Allahın razılığını qazanar, kim narazı qalarsa Allahın qəzəbini qazanar". (ət-Tirmizi, 2396; İbn Məcəh, 4031). "Allah quluna xeyir istədikdə onun cəzasını bu dünyada tezləşdirər və quluna şərr istədikdə onun günahlarını əvəzini tam verənə kimi Qiyamət Gününə saxlayar". (ət-Tirmizi, 2396). Daha ətraflı: Allah kimləri sevir?
Günahın hansı yaşdan başlayaraq yazılması ilə bağlı Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan oyanana qədər və uşaq həddi büluğa çatana qədər". (Əbu Dəvud: 12/ 78/ 4380). Həmçinin oxuyun: Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?