Allaha qarşı pis fikirlərdən xilas olmaq üçün nə edim?

    29.06.2014
Kimdən: 
Baxış
Sual: 
salam men bezen nese birşeyfikirleşen zaman beynime Allah qarşı pis fikirler tehqirli sözler gelir bilmek isdeyirem bu Şeytan işidir yoxsa nece neyniyimki axlıma bele şeyler gelmesin xaiş edirem kömek edin istemirem bele sözler gelsin her ele bir sözler geldikde tez başımı birşeyle qatiram ki ele sözler gelmesin
Cavab: 

Aleykum salam. İnsanın beyninə gələn pis fikirlər günah sayılmır. Dində bu fikirlərə şeytanın vəsvəsələri deyilir. İbn Abbas (Allah onların hər ikisindən də razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Ey Allahın elçisi, həqiqətən, qəlbimizdə elə bir şey hiss edirik ki, yanıb kül olmağımız onu danışmaqdan bizə daha xoşdur". O (salləllahu aleyhi və səlləm) buyurdu: "Allahu Əkbər! Şeytanın işini vəsvəsəyə çevirən Allaha həmd olsun!" (İbn Hibban, 147). Həmçinin Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurdu: "Həqiqətən, sizdən birinizə şeytan gəlib vəsvəsə edir: "Səni kim yaradıb?" O da: "Allah!" - deyir. (Sonra şeytan belə vəsvəsə edir): "Bəs Allahı kim yaradıb?" Sizdən biriniz bunu özündə hiss etdikdə: "Əməntu billəhi və rusulihi - Allaha və peyğəmbərlərinə iman etdim" desin. Həqiqətən, belə demək, vəsvəsini ondan uzaqlaşdırar". (Əhməd). Hədisdən də göründüyü kimi pis fikirlər şeytandandır. İnsan bu fikirlərə əməl etmədikcə heç bir günah qazanmır. Ona görə də ağıla pis fikirlər gələndə bilmək lazımdır ki, bu fikirlər insanın özündən deyil, şeytandandır və bu fikirlərlə mübarizə etmək yox, sadəcə əhəmiyyət verməmək lazımdır. Həmçinin oxuyun: Şeytanı və onun vəsvəsələrini uzaqlaşdıran dua

Paylaş: