Yeni istifadəçi cəlb etdiyimə görə hansısa proqramın verdiyi ödənişi qəbul etmək olarmı?
Sual:
Əssələmu Aleykum va Rahmətullahi va Bərakətuh. Temu proqramı istifadəçilərə təklif edir ki, proqrama yeni istifadəçi gətir, hər istifadəçiyə görə müəyyən qədər ödəniş verəcəyəm. Həmçinin ilk sifarişində isə müəyyən qədər faiz komissiya verir. Bunda şəriətə zidd bir şey varmı? Bunuda qeyd edək ki, bu sadəcə hər dəvət etdiyin istifadəçidə 1 dəfə olur. Yəni davamlı olaraq həmin adamın üzərindən və ya onunda dəvət etdiyi adamların üzərindən pul qazanılmır. Rəbbim sizdən razı olsun!
Cavab:
Və aleykum Salam. Əgər qeyd etdiyiniz "Temu" onlayn satış proqramı müştəri cəlb etmək üçün cəlb etdiyiniz istifadəçiyə görə sadəcə bir dəfə ödəniş verirsə, bu ödənişi qəbul etmək icazəlidir. Həmçinin oxuyun: