Güllərdən dekorativ bəzək əşyaları və hədiyyələr düzəldib satmaq israf sayılırmı?
Sual:
Salam aleykum, men güllerden müxtelif dekorlar, hediyyeler, gelin buketleri hazirlamağı bacariramsa, bunlarin satışını etmek olar, yani biznes kimi?
Yani bele bir satış israf olan eşyaların alınmasına ve onlardan gelir qazanmağa sebeb olar biler? Haram qazanc olmasindan qorxuram.
Ve umumiyyetle ister suni, ister tebii gullerin buketi, dekoru alisi-satisi israf sayilir?
Cavab:
Və aleykum Salam. Həm təbii, həm də süni güllərdən müxtəlif dekorlar və hədiyyələr düzəldib satmaq icazəlidir və bu heç də israf sayılmır. Çünki insanlar bu hədiyyələrlə və dekorlarla evlərini, ofislərini bəzəyib, bir-birinə hədiyyə etməklə onlardan faydalanırlar. İsraf - pulu faydasız və ya günah olan bir şeyə sərf etməkdir. Həmçinin oxuyun: