Barmaqları şaqqıldatmaq qadağandırmı?
Və aleykum Salam. Barmaqları şaqqıldatmaq namazda bəyənilmir. Adi hallarda isə qadağan deyil. Çünki belə etmək həm namaz qılanın özünü yayındırır, həm də digər namaz qılanları narahat edir. Bir çox alimlər namazda barmaqları şaqqıldatmağı artıq hərəkət adlandırmışlar.