Səssiz namazları özüm eşidəcək qədər oxumağım doğrudurmu?
Və aleykum Salam. Səssiz namazlarda qiraəti (oxunuşu) özünüz eşidəcək qədər oxumağınız kifayətdir. Əsas odur ki, hərfləri diliniz və dodaqlarınızla tələffüz edəsiniz, sadəcə qəlbdən keçirmək qiraət sayılmır. Əgər maneə yoxdursa, özünüzün eşidə biləcəyiniz qədər səslə oxumaq müstəhəbdir.