əl-Qiyamə sirəsinin 31-ci ayəsi namaz qılmayanın kafir olmasına dəlalət edirmi?
Sual:
Salam Aleykum. Bəzi alimlər deyirlər ki, hər namaz qılmayana kafir demək olmaz. Amma Uca Allah Qiyəmə 31-də buyurur ki, o kafir nə Qur'anı təsdiq etdi, nə də namaz qıldı. Cavablandırdığınız üçün çox sağolun
Cavab:
Və aleykum Salam. əl-Qiyamə surəsi 31-ci ayədə nəzərdə tutulan kafir namaz qılmamaqla yanaşı Quranı və haqqı yalan saymışdır. Onun Cəhənnəmə düşməsinə səbəb də məhz bu olmuşdur. Odur ki növbəti ayədə Uca Allah belə buyurur: "O (kafir) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı. Lakin (haqqı) yalan saydı və üz döndərdi" (əl-Qiyamə, 31-32). Quranı təsdiq edib, səhlənkarlıqdan namaz qılmayan şəxs isə buna aid deyil və doğru olan rəyə görə o, müsəlman sayılır. Həmçinin oxuyun: