Əsr namazını Məğribə az qalmış qılmaq icazəlidirmi?
Sual:
Salam. Mən bərbər işləyirəm gündə 5 defe Namaz qılıram Sübh Namazı qılıram gəlirəm işə iş yerim evimin yanındadı Zöhr Azanı veriləndə gəlirəm evdə qılıram sora gedirəm Məğrib Azanına az qalmış gəlirəm Əsr Namazın qılıram zikr edirem sora Məğrib Azanı verilir Məğribidə qılıram amma qəza olmur düzgündü bu ?
Cavab:
Və aleykum Salam. Qeyd etdiyiniz şəkildə namazlarınızı vaxtları daxil olduqdan sonra və vaxt çıxmamış qılırsınızsa, namazlarınız səhihdir və qəza sayılmır. Lakin Əsr namazını səbəbsiz olaraq son vaxtına (Məğribə yaxın vaxta) gecikdirmək günah sayılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) səbəbsiz yerə Əsr namazını Günəş saralandan sonra qılanları məzəmmət edərək belə demişdir: "Bu vaxtda qılınan namaz münafiqlərin namazıdır. Münafiq dayanıb günəşi gözləyər. Günəş şeytanın iki buynuzu arasına girdiyi (batmağa başladığı) vaxt, tələsik Əsr namazını dörd rükət qılar və Allahı çox az zikr edər". (Muslim, 622). Bu barədə ətraflı oxuyun: