Cümə namazının qılınma qaydasını bilmədiyim üçün imamın hərəkətlərini təkrarladım, sözləri isə demədim, bu doğrudurmu?

    19.10.2026
Kimdən: 
Fatimə
Sual: 
Salam menim size bir sualım olacagdi men normalda namaz qiliram amma cume namazina hec gedmemisdim kecen hefte ilk defedi getdim qilinma qaydasini bilmirdim tam olaraq orda dedilerki birinci ruketi demirik sesli qalanlarini bizde deyirik tam anlamadim men namaz boyunca herkesin etdiyi hereketleri eledim amma sozlerini demedim namazin tekce hereketleri sualim budur ki bele qilinir cume namazi? Yeni sadece hereketleri elesek olar? Cume namazinin sozleride ferqlidi bilmirem ve cume namazinda niyyet etdikde ne demeliyik? Yeqinki onuda dilimizle demeliyik zehmet olmasa cavablayardiz
Cavab: 

Və aleykum Salam. Cümə namazı iki rükətdir və imamın xütbəsindən sonra camaatla qılınır. Cümə namazında yalnız hərəkətləri etmək kifayət deyil. İmam qiraəti (namazda olan Quran oxunuşunu) səslə oxuyur. İmamın arxasında əl-Fatihə surəsi oxunmur. Namazın qiyam, rüku və səcdə kimi hərəkətləri ilə yanaşı, təkbir və digər vacib zikr və qiraətləri də yerinə yetirmək lazımdır. Bu barədə ətraflı oxuyun:

Cümə namazı neçə rükətdir və nə vaxt qılınır?

Cümə namazı qılarkən namazın sözləri deyilirmi?


Cümə namazında niyyət qəlblə edilir. Dil ilə "Cümə namazını qılmağa niyyət etdim" demək vacib deyil. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) və səhabələrindən (Allah onlardan razı olsun) namaz üçün bu şəkildə niyyət sözlərini dilə gətirmələri sabit olmamışdır. Bu barədə ətraflı oxuyun:

Teqlər: 
Paylaş: