Cümə namazı qılarkən namazın sözləri deyilirmi?

    31.08.2019
Kimdən: 
Məhəmməd
Sual: 
Salam.cüme namazı qılarken men namazın sözlerin demeliyem yoxsa imamın demeyi kifayetdir?
Cavab: 

Və aleykum Salam. Cümə namazında və digər camaatla qılınan səsli namazlarda imama tabe olanlar imamın səslə oxuduğu əl-Fatihə surəsini və bu surədən sonra oxuduğu surəni oxumurlar. Çünki, Uca Allah buyurur: "Quran oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun". (əl-Əraf, 204).
Başqa bir ayədə buyurur: "Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə". (əl-Qiyamə, 18).
Onlar susaraq imamın Quran oxumasını dinləyir, lakin namaza aid olan zikrləri edirlər. Səssiz qılınan camaat namazlarında isə imamın arxasında duranlar həm əl-Fatihə, həm də digər surəni oxuyurlar. Həmçinin oxuyun:
Camaat namazı necə qılınır?
Camaat namazı
Səsli camaat namazında imamın arxasındakılar Fatihə surəsini oxumalıdırmı?

Teqlər: 
Paylaş: