Atam məni sevmədiyim oğlanla nişanladığı üçün sevdiyimə qoşulub qaçdım, günah etmişəm?

    29.11.2014
Kimdən: 
huri
Sual: 
Atam meni semediyim oqlana nisanladi . men ona qarsi cixib sevdiyim oqlanla qacdim.gunah etmisemmi? tesekkurler////..............................................
Cavab: 

Salam aleykum. Peyğəmbər (salləllahu aleyhi və səlləm) həm valideynin qızı zorla evləndirməsini, həm də qızın valideynin icazəsi olmadan evlənməsini qadağan etmişdir, bunların hər ikisi günahdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dul qadının əmri, bakirə qadının isə icazəsi olmadan onlar üçün nikah bağlanmaz. Orada olanlar dedilər: "Ey Allahın Elçisi, bakirə qadının icazəsi necə olur?" Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Onun susması icazəsi deməkdir". (əl-Buxari, 5136).
Valideyn övladını sevmədiyi biri ilə evlənməyə məcbur edərsə, övladın imtina etmək hüququ var. Rəvayət edilir ki, bir qız Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanına gələrək dedi: "Atam öz mövqeyini yüksəltmək üçün məni qardaşı oğlu ilə evləndirdi". Allah Rəsulu (salləlahu aleyhi və səlləm) qızın atasını çağırtdırdı və qıza seçim etmək hüququ verdi. Qız dedi: "Atam deyənlə razıyam, lakin istəyirdim digər qadınlar bilsinlər ki, onların atalarının bunu etmək hüququ yoxdur". (İbn Məcə, 1874).
Övladın da valideynin razılığı olmadan evlənməsi haramdır və belə nigah batildir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Himayədar və iki ədalətli şahid olmadan bağlanan nikah düzgün deyildir". (İbn Hibban, 1247). Başqa bir hədisdə isə: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir...". (İbn Məcəh, 1524). Ona görə də siz sevdiyiniz oğlanla evlənmək üçün valideynləri razı salmağa çalışmalısınız. Hər ikiniz bunun üzərində bir müddət səbr etməli, çoxlu namaz və dua ilə Uca Allahdan kömək istəməlisiniz, çünki insanların qəlbi Uca Allahın əlindədir. Valideyinlərin razılığını almağa çalışaraq şəriətə müvafiq qaydada kəbin kəsdirin. Həmçinin oxuyun:
Atam məni istəmədiyim oğlana verdiyi üçün xoşbəxt deyiləm, nə edim?
Valideynlərimiz məni sevdiyim oğlanla evlənməyə qoymurlar, bu günahdırmı?
Nigahın qaydaları

Paylaş: