Valideynlərimiz məni sevdiyim oğlanla evlənməyə qoymurlar, bu günahdırmı?

    23.06.2017
Sual: 
Salam menim ailem sevgidiyim insanla ailem qurmagima razi deyil sevdiyim oglaninda ailesi razi deyil bizde ailemizin sozunnen cixa bilmirik bes gunah deyilmi bizi ayirmaq?bes biz bir-birimizi severek bawqalari ile aile qursaq gunah olamazmi?
Cavab: 
Və aleykum Salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) həm valideynin qızını zorla evləndirməsini, həm də qızın öz valideynin icazəsi olmadan evlənməsini qadağan etmişdir, bunların hər ikisi günahdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dul qadının əmri, bakirə qadının isə icazəsi olmadan onlar üçün nikah bağlanmaz". Orada olanlar dedilər: "Ey Allahın Elçisi, bakirə qadının icazəsi necə olur? Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Onun susması icazəsi deməkdir". (Muslim; Əbu Davud; İbn Macəh).
Valideyn övladı evlənməyə məcbur edərsə, övladın imtina etmək hüququ var. Rəvayət edilir ki, bir qız Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanına gələrək dedi: "Atam öz mövqeyini yüksəltmək üçün məni qardaşı oğlu ilə evləndirdi". Allah Rəsulu (salləlahu aleyhi və səlləm) qızın atasını çağırtdırdı və qıza seçim etmək hüququ verdi. Qız dedi: "Atam deyənlə razıyam, lakin istəyirdim digər qadınlar bilsinlər ki, onların atalarının bunu etmək hüququ yoxdur". (İbn Məcəh, 1874; Muslimin şərtlərinə əsasən hədis səhihdir).
Qızın öz valideynin razılığı olmadan evlənməsi də haramdır və belə nigah batildir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Vəli və iki şahid olmadan nigah yoxdur". (İbn Hibban, əl-Beyhəqi). Başqa bir hədisdə isə: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir" - deyə buyurmuşdur.
Ona görə də siz bir müddət səbr edərək valideynlərinizi razı salmağa çalışın, bununla yanaşı Allaha çoxlu dualar edin, çünki insanların qəlbləri Allahın əlindədir. Daha ətraflı:
Nikah bağlamağın qaydaları 
Dualarım qəbul olmur, nə edim? 
Ata-ananı incitməyin günahı barədə 
Valideynlərin icazəsi olmadan ailə qurmaq olarmı?
Ailəm məni sevmədiyim biri ilə evləndirmək istəyir, onları bu fikirdən necə döndərim?
Paylaş: