Valideynlərin icazəsi olmadan ailə qurmaq olarmı?

    05.06.2014
Kimdən: 
Məryəm
Sual: 
Salam aleykum. sizə sualIm budurki mənim sinif yoldasIm bir oglanI sevir və oglanda sinif yoldasImI sevir oglanIn qizinda ailəsi razI deyillər olar ailə heyatI qurmaga ama sinif yoldasIm deyirki oglanan qosulub qacacug mən isə sinif yoldasIma deyirəmki belə etmiyin sizin həm valideynləriniz və Uca Allahda razI olmalIdI Uca Allah sizin ailə heyatI qurmagInIza razI olsa demək ailənizdə razI olarlar sizcə olar belə is tutsalar duz etmis olarlar yoxsa gunah etmis olarlar? sualIm sizə aydIn oldusa bu haqda cavab yazIn.
Cavab: 

Aleykum salam. Qız qaçırtmaq və qızın kiməsə qoşulub qaçması haramdır. Halallıq kəbinlə hasil olur. Kəbində isə ən əsas şərtlərdən biri valideynlərin razılığıdır. Məsələdən xəbəri olan ana-atanın icazəsiylə edilən nikahdan sonra qanuni evlilik olar. Odur ki, siz onlara başa salın ki, onlar səbirli olsunlar, Uca Allaha səmimi qəlbdən dua etsinlər və valideynləri ilə xoş danışıb onları qane edib razılıqlarını almağa çalışsınlar. Əgər bu cütlük məsələyə düzgün şəkildə (islam çərçivəsində) yanaşsalar inşallah Allah da onlara yardımçı olub işlərini asanlaşdırar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Vəli və iki etibarlı şahid olmadan nikah olmaz. Bu cür kəsilməyən nikah batildir". (Əbu Dəvud; ət-Tirmizi).
 

Teqlər: 
Paylaş: