Ailəm məni sevmədiyim biri ilə evləndirmək istəyir, onları bu fikirdən necə döndərim?

    18.09.2019
Sual: 
Salam. Necesiz? Meni ailem istemediyim biri ile mecbur evlendirmek isteyir. Ne qederde istemediyimi desem mene qulaq asmirlar. Nece ede bilerem ki olar fikirlerinden donsunler?
Cavab: 
Va aleykum Salam. İslama görə valedynin qızını istəmədiyi bir kəslə evlənməyə məcbur etməsi qadağandır və bunu edən valideyn günah qazanır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dul qadının fikrini öyrənməyincə, habelə bakirə qızın iznini almayınca onları ərə vermək ol­maz." (Əshabələr) dedilər: "Ya Rəsulullah, bakirə qızın izin verməsini necə bilmək olar?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Onun susması icazəsi deməkdir". (Səhih əl-Buxari, 5136).
Həmçinin, valideyn bilməlidir ki, qızın izni olmadan məcburi kəsilən nikah yalnız qızın razılığı ilə doğru sayıla bilər. Qızın razılığı olmasa, bu nikah etibarsız sayılır. Hədisdə rəvayət olunur ki, bir dəfə bir gənc qız Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Atam şəxsi maraqlarına görə məni qardaşı oğlu ilə evləndirmişdir". Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu nikahın etibarlı sayılması üçün son sözü qıza verdi. Qız dedi: "Atamın etdiyi ilə razılaşdım. Lakin istədim qızlar bilsinlər ki, ataları onları məcburi evləndirməyə haqqları yoxdur". (İbn Macəh, 1874).
Bu səbəbdən ailənizə bu barədə xəbər verin və onlarla gözəl şəkildə danışaraq razı salmağa çalışın. Allaha dua edin, istixarə namazı qılın və Allahdan ən xeyirlisini istəyin. Uca Allah buyurur: "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz". (əl-Bəqərə, 216). 
Teqlər: 
Paylaş: