Atam məni istəmədiyim oğlana verdiyi üçün xoşbəxt deyiləm, nə edim?

    05.09.2018
Kimdən: 
AYSU
Sual: 
SALAM.Men aile qurmamisdan qabaq menle evelnmek isdeyen biri var idi.Atam vermedi.Sora atamin isdediyi biri ile evvlendim.Men xosbexd olmadim evlenenden evde qrqindi.Yola getmirik.Menle evlenmek isdeyen oglanda havalandi.Xesdelendi elmi dilde yazsam.Hem hec evlenmedi.Sorada xesdelik tapdi.Her gun gece guxuda goremki mene deyirlerki sende goz qalib.Maraqlandim Mollalardan deyiler oglandan ve ya ailesinden halalik al.Oglan danisa bilesi halalik vere bilesi halda deyil.Aileside Halalik vermir mene.Imkanimda yaxsi deyi.Men ne etmeliyem.
Cavab: 
Va aleykum Salam. Dinimizdə atanının qızını zorla istəmədiyi adama verməsi icazəli deyil və bu halda qız nikaha etiraz edə bilər, çünki nikahda şərt həm valideynin, həm də qızın öz razılığının olmasıdır. Hər bir halda bu artıq baş veribsə, olub keçənlərə, keçmişdə istədiyiniz oğlanın başına gələnlərə görə günahı siz daşımırsınız. Ailəsi halallıq vermirsə, ən azından onlar üçün Allaha çoxlu dua edin.
Siz öz ailənizin gələcəyini fikirləşin, ərinizlə münasibəti düzəltməyə, onu sevməyə çalışın və çətinliklərə səbr edin. Hər bir ailədə xoşbəxtliyin bərqərar olmasının yolu dini öyrənmək, Allahın əmrlərini yerinə yetirmək və ailə üzvlərinin bir-birinin haqlarına riayət etməsidir. Gözdəymə və nəfsdən qorunmaq üçün isə mollaların yanına getmək yox, peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə öyrətdiyi duaları və zikrləri etmək, namaz qılmaq lazımdır. Daha ətraflı:
Teqlər: 
Paylaş: