Ərimi sevə bilmirəm, nə edim?
Sual:
Salam alekum.meni bir sual cox duwundurur men aleliyem sevmediyim biriyle ama nece edirem seve bilmirem ve sevgisizlik meni cox incidir yoldawimla unsuyetde ola bilmirem cox cetinik cekirem buna gore gunah sayilirmi mene
Cavab:
Və aleykum Salam. Əvvəlcə qeyd edək ki, ərlə olan münasibətdə qadın çox diqqətli olmalıdır, çünki bu, Uca Allahın razılığını, həmçinin Cənnəti və ya Cəhənnəmi qazanmağın əsas səbəblərindən biridir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol – deyilər…". (İmam Əhməd, 1661). O (salləllahu aleyhi və səlləm), həmçinin bir qadına belə demişdir: "Sənin ərin varmı?" O dedi: "Bəli". (Peyğəmbər) (salləllahu aleyhi və səlləm) dedi: "Onunla necə dolanırsan?" O dedi: "Onun haqlarını yerinə yetirməkdə əlimdən gələni edirəm, sadəcə bacarmadığım şeylər bundan istisnadır". O dedi: "Onunla davranışına fikir ver, çünki o sənin cənnətin və cəhənnəmindir". (İmam Əhməd).
Qadının öz ərini sevməməsi bir çox səbəblərdən baş verə bilər, onlardan bəziləri:
Qadının öz ərini sevməməsi bir çox səbəblərdən baş verə bilər, onlardan bəziləri:
- Axirətə az inanmaq və şeytanın "romantika", "azad sevgi" adı altında təlqin etdiyi boş xülyalara uymaq. Halbuki bu cür şeylər reallıqda insanı rüsvayçılığa və ailənin dağılmasına, axirətdə isə Cəhənnəm əzabına aparır. "Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur". (Ğafir, 39).
- Əgər qadın ərindən başqa birisini sevirsə, Allahdan kömək istəyərək onu mütləq unutmağa çalışmalıdır, çünki bu böyük günah olan zinaya aparan səbəblərdən biridir. Bunun üçün Allaha çox dua etmək, şeytanın vəsvəsəsindən uzaq olmaq üçün ibadətləri artırmaq, hər gün Quran oxunmasına qulaq asmaq, dini bilikləri artırmaq üçün kitablar oxumaq və ya dərslərə qulaq asmaq lazımdır. Həmçinin, həmin insanı yada salan bütün vasitələrdən -- telefon, internet və s. mümkün qədər uzaq olmaq lazımdır. Allahın izni ilə bir müddət sonra bu hiss keçib gedir. Daha ətraflı: Haram sevgini necə unutmaq olar?
- Qadın ərini çirkin hesab edirsə, bunun səbəbi naməhrəmlərə baxmaq və ya haram şeylər izləmək ola bilər. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar...". (ən-Nur, 31). Kafirlərin müsəlman ailələrini dağıtmaq cəhdlərindən biri də, televizorda və internetdə yaraşıqlı, bəzənmiş kişi və qadınları təbliğ edərək ərin gözündə öz arvadını və ya arvadın gözündə öz ərini çirkin göstərməkdir. Belə şeylərə baxmamaq və öz ərinin pis xüsusiyyətlərinin üzərindən keçərək yaxşı xüsiyyətləri haqqında düşünmək lazımdır.
- Cadu, sehr və s. nəticəsində şeytan kişini öz arvadının gözündə çirkin göstərə bilər. Bu halda aşağıdakıları etmək lazımdır: Cadudan necə qorunmaq olar?
- Kişi öz arvadının haqlarını verməməsi -- onunla kobud davranması, zəruri şeyləri təmin etməməsi, onunla az vaxt keçirməsi, yaxınlıq etməməsi və s. Bu halda kişiyə mötəbər, əməlisaleh insanlar tərəfindən nəsihət edilməlidir.
Bu və digər səbəblərdən çəkinmək, dində sabit olmaq və şeytanın vəsvəsəsindən qorunmaq üçün Allaha çox dua etmək, imanı artırmaq lazımdır. Daha ətraflı:
Dualarım qəbul olmur, nə edim?
İmanı necə artırmaq olar?
Dualarım qəbul olmur, nə edim?
İmanı necə artırmaq olar?