Namaz qılıb tərk edən yenidən namaza necə qayıda bilər?

    06.02.2014
Sual: 
Salam aleykum. Evveller men chox yaxshi insan idim. Namazim, orucum ve yaxshi emellerim var idi. Sonra namazimi dayandirdim ve get-gede gunah ishler gormeye bashladim. Evveller gunah ish gordukde hardasa vicdan ezabi chekirdim. Ama indi ele bil ki, gunah ish gormeyi lap chox xoshduyuram. Chox deqiq yadimda deyil, Quranda bele bir aye oxumushdum. "Allah gunahkar qelblere mohur vurur". Yeni menim qelbime Allah Teala mohur vurub? Kechmishe baxdiqda nece yaxshi insan oldugumu xatirlayiram. Eslinde yashim chox deyil. 24 yashim var. Texminen 6-7 ildir ki, temiz dinden uzaqlashmisham. Zehmet olmasa mene bu barede genish ve etrafli melumat vererdiniz. Evvelceden teshekkur edirem.
Cavab: 

Aleykum salam. Hidayətə gələn əksər insanlar bu cür problemlə üzləşir. Çünki insan dinə gələndə imanı qüvvətli olur, ibadətlərini həvəslə yerinə yetirir, günahlardan asanlıqla çəkinə bilir, günah etdikdə dərhal tövbə edir. Bir müddət keçdikdən sonra dində zəifləməyə başlayır. Belə olduqda kim vacib əməlləri qoruyub saxlayarsa, nicat tapmış olar. Qəlbə möhür vurulmasına gəlincə, bəzi günahlar edərək və vacib əməlləri tərk edərək Uca Allaha asi olsalar belə Allah ona iman gətirənlərin qəlblərini heç vaxt möhürləməz. Bu dünya sınaq meydanıdır. Allahın qapıları isə ta insan ölənə qədər taybatay açıqdır. Odur ki, şeytan qəlbinizə möhür vurulduğunu sizə təlqin edib sizin üçün güya hidayət qapısının bağlı olduğuna inandıraraq aldatmasın. Bilin ki, ümidsizlik şeytandandır. Allah insanı heç vaxt naümid etmir.
Alimlər dini kitablarda yazırlar ki, şeytan insanı günahlara sövq etməyə cəhd edir. Əgər günaha sövq edə bildisə, onda ikinci hiyləsini işə salır. Bu da insanı ümidsizliyə qapandırıb onun tövbə etməsinə, itaətə qayıtmasına, günahdan çəkinməsinə mane olmaqdır. Bu şeytanın möminlərə qarşı istifadə etdiyi ən çox yayılan hiyləsidir. Həmçinin, siz deyirsiniz ki, keçmişdə yaxşı insan olmusunuz. Siz indi də həmin insansınız, sadəcə olaraq bu fikirlərə qapanıb özünüzü məyus etmisiniz. Odur ki, Allahdan ümidinizi üzməyin, namaz qılmağa başlayın və Allaha ibadətinizi, zikr və dualarınızı artırın, mömin insanlarla oturub-durun. Quranın tərcüməsini, səhih hədisləri oxuyun, dini dərslərə qulaq asın. Beləcə, tədricən günahlardan qurtulmuş olarsınız. Şeytan da sizə qıraqdan baxıb belə deyər: "Kaş mən bu adamı günaha təhrik etməzdim". İnsan günah etdikdən sonra Allaha tərəf qayıtdıqda Allah onun günahlarını savabla əvəz edir və həmin insanın Allaha olan bağlılığı əvvəlkidən daha güclü olur. Şeytan da insanın bu fəzilətə nail olmasına görə onu aldadıb günaha salmasına peşman olaraq bu sözləri deyir. Gəlin Allaha tərəf qayıtmaqla Rəbbimizi sevindirək və şeytanı məyus edək. Allah hamıya kömək olsun! Həmçinin oxuyun: İmanı necə artırmaq olar?

Teqlər: 
Paylaş: