Zərurətdə namazı birləşdirmək olarmı?

    26.01.2014
Sual: 
Salam aleykum. Bir yere getdiyim zaman orda namaz qila bilmirəmsə olarkı evde iki namazı birleşdirim qılım? günah sayılmaz?
Cavab: 

Aleykum salam. Alimlər ittifaq etmişlər ki, üzürsüz səbəbdən namazları birləşdirmək haramdır. Namazı yalnız üzürlü səbəb olduqda birləşdirmək olar. Çünkiu namaz möminlərə yalnız müəyyən vaxtlarda vacib edilmişdir. Uca Allah buyurur: "Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir" (ən-Nisa, 103). Həmçinin, buyurur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun" (əl-Bəqərə, 238). Üzürlü səbəb dedikdə: səfər, yağış, təhlükə, xəstəlik, əməliyyat və s. bu kimi üzürlü səbəblər nəzərdə tutulur. İbn Abbas (Allah ondan razı olsun) deyir: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Mədinədə olarkən təhlükə və ya yağış olmadığı halda (digər səbəbdən) Zöhrlə Əsri, Məğriblə İşa namazlarını bir vaxtda qıldı". İbn Abbasdan (Allah ondan razı olsun): "Bunu nə üçün etdi?" - deyə soruşdular. O isə belə cavab verdi: "O, ümmətini çətinliyə salmamaq üçün belə etmişdi". (Muslim, 705). İbn Abbasın "təhlükə və ya yağış olmadığı halda" deməsi, üzürsüz səbəbdən namazları birləşdirməyin icazəli olması mənasına gəlmir. İbn Abbas bununla demək istəmişdir ki, namazları səfər, yağış, təhlükə səbəblərindən başqa üzürlü səbəblərə görə də birləşdirmək olar. Həmçinin oxuyun:
Səfər namazı necə qılınır?
İşdə və ya dərsdə şərait olmadığı üçün namazları birləşdirmək haqqında
Namazları hansı hallarda birləşdirib qılmaq icazəlidir?

Teqlər: 
Paylaş: