Namazları hansı hallarda birləşdirib qılmaq icazəlidir?
Aleykum salam. Kimsə namazı vaxtında qıla bilməyəcəyindən ehtiyat edərsə, zöhrlə əsr namazlarını birləşdirib zöhrün və ya əsrin vaxtında, məğriblə işa namazlarını da birləşdirib məğribin və ya işanın vaxtında qılmağa icazə verilir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) səfərdə və ya müəyyən zəruri ehtiyac səbəbi ilə sübh namazını öz vaxtında qılar, zöhr namazını əsr namazı ilə, məğrib namazını da işa namazı ilə birləşdirərdi. İbn Abbas (Allah onlardan razı olsun) deyir ki: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Mədinədə olarkən heç bir təhlükə və ya yağış olmadığı halda Zöhrlə Əsr, Məğriblə İşa namazlarını bir vaxtda qıldı". Hədisin rəvayətçisi Əbu əz-Zubeyr deyir ki, mən Səiddən: "Bunu nə üçün etdi?" - deyə soruşdum. O isə dedi: "Mən də bu haqda sənin kimi İbn Abbasdan soruşdum və o belə dedi: "O, ümmətindən heç kəsi çətinliyə salmamaq üçün belə etmişdi". (Muslim, 705). Amma bu, adət halını almamalıdır. Həmçinin oxuyun: Səfər namazı necə qılınır?