Səbirli olmaq üçün nə edim?

    12.01.2014
Sual: 
Salam. Ne gozel sayitdir. Eziyyeti olan her bir kesin Allah eziyyetini yerde qoymaz inshallah. Menim sualim sebr haqqindadi. Men chox sebirsizem. Bunun mene ne qeder ziyan oldugunu bilirem. Amma ne edim ki, ozumden asili deyil. Mende isterdim ki, sebrli ve temkinli olum. Amma alinmir. Her sheye tez reaksiya verirem.
Cavab: 
Və aleykum Salam. Səbirli olmaq Uca Allahın müsəlmanlara əmridir. Dünya həyatındakı və Cənnətdəki gözəlliklər yalnız səbirlə əldə edilir. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver!" (əl-Bəqərə, 155). Buna görə də hər bir müsəlman öz əxlaqını gözəlləşdirməli və səbirli olmağa çalışmalıdır.
  • Səbirli olmaq üçün ilk növbədə səbirli olmağa çalışmaq lazımdır, çünki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) de­miş­dir: "Kim iffətli olmaq istəyərsə, Allah onu iffətli edər. (İnsanlara) möhtac olmaq istəməyən kimsəni Allah heç kəsə möhtac etməz. Kim səbirli olmağa çalışarsa, Allah onu səbirli edər. Heç kəsə səbirdən daha xeyirli və daha böyük nemət verilməmişdir". (əl-Buxari, 1469). Bu ilk vaxtlarda çətin olsa da, çox çalışan insan üçün Uca Allah bunu həmin insan üçün asanlaşdırır.
  • Müsibətin ilk anında səbir etmək lazımdır. Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki: "Bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir qəbrin başında du­rub ağlayan qadınınyanından keçərkən (ona) buyurdu: "Allahdan qorx və səbir et!" Qadın onun kim olduğunu bilməyib dedi: "Əl çək məndən! Mə­nim başıma gələn müsibət sənin başına gəlməyib". Qadına: "Bu, Peyğəm­bər (salləllahu aleyhi və səlləm) idi" - dedilər. Bundan sonra o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) qapısının yanına gəldi, lakin ora­da gözətçilərə rast gəlmədi. Qadın (üzrxahlıq edib): "Mən səni tanı­ma­mı­şam" - dedi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "İlk sarsıntı anında səbir etmək la­zım idi!" (əl-Buxari, 1283).
  • Səbirli olanlara necə böyük mükafat veriləcəyini düşünmək. Daha ətraflı: Səbir edənlərə müjdə ver!
  • Qəzəblənəndə özünə hakim olmaq. Bunun üçün insana qəzəb gəldikdə "əuuzu billəəhi minəş-şeytaanir-raciim" demək, su içmək və s. Daha ətraflı: Qəzəblənmə!
  • Allahı çox zikr etmək və ibadətləri çoxaltmaq. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir". (əl-Bəqərə, 153).
  • Dini öyrənməyə vaxt ayırmaq, Qurani-Kərim, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hədisləri, peyğəmbərlərin (aleyhimis-sələm) və salehlərin həyatı haqda oxumaq, oradakı insanlardan nümunə götürmək.
  • Səbir edənlərə Allahın gec-tez kömək edəcəyini bilmək. Uca Allah buyurur: "Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir". (əş-Şərh, 5).
  • Qurani-kərimi oxumaq və oxunuşunu dinləmək, çünki bu, şeytanı uzaqlaşdıran ən böyük səbəblərdəndir.
Paylaş: