Dəstəmaz alanda yalın ayağa, yoxsa corabın üstündən məsh çəkilməlidir?
Aleykum salam. Ərəb dilinin qaydalarına əsasən dəstəmazla bağlı Quran ayəsində ümumən ayaqları yumaq əmr edilir: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun...". (əl-Məidə, 6).
Ərəb dilinin qrammatikasından azda olsa məlumatı olan hər bir kəs ayədə ayağı yumaqdan söhbət getdiyini görə bilər. Ayaqlar yuyulduqdan sonra dəstəmazlı olarkən corab geyindikdə, bir gün ərzində corabın üzərinə məsh etmək olar. Səfərdə isə bu müddət üç gündür. Səhih hədislərə əsasən, peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) və səhabələr ayaqlarına həm corabın üzərindən, həm də xofun (dərindən hazırlanır) üzərinə çəkiblər. Ancaq yalın ayağa məsh çəkdikləri barədə heç bir səhih rəyavət yoxdur. Muğirə ibn Şu'bə (Allah ondan razı olsun) rəvayət edir ki: "Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) dəstəmaz aldı və corablarının və ayaqqabılarının üzərinə məsh çəkdi". (Əbu Dəvud: "Təharət", 61 (159); ət-Tirmizi: "Təharət", 74 (99)).
Əbu Musə əl-Əş'ari (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər corabların üzərinə məsh etdi". (Əbu Dəvud).
Əbu Dəvud deyir ki, corabın üzərindən Əli bin Əbu Talib, İbn Məsud, Bəra bin Azib, Ənəs bin Məlik, Əbu Uməmə, Səhl ibn Sə'd və Amr ibn Hureys (Allah onların hamısından razı olsun) hamısı məsh etmişlər. Bu əməl Ömər ibn əl-Xattab və İbn Abbas (Allah onlardan razı olsun) tərəfindən də rəvayət edilmişdir. Muğirə ibn Şu'bə (Allah ondan razı olsun) rəvayət edir ki; "Mən Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) bir yerdə səfərdə idim. Mən əyilib onun məstlərini çıxarmaq istədikdə: "Toxunma onlara! Mən onları ayaqlarım pak olduğu halda geyindim" - dedi və (məstlərə) məsh çəkdi". (əl-Buxari, 206).
Peyğəmbərlə (salləllahu aleyhi va səlləm) birlikdə səfərdə ikən O, təbii ehtiyacını rəf etmək üçün subaşına şıxdı. Sonra mən onun əllərinə su tökdüm və o, dəstəmaz aldı – üzünü və qollarını yudu, başına və xoflarına məsh çəkdi". (əl-Buxari, 182).