Nə qədər dua etsəmdə, anam hicab bağlamağıma icazə vermir

    29.08.2014
Sual: 
Salam aleykum.Men bir ildir ki, hicab baqlamaq arzusundayam,yalniz Allaha bunun uchun dua edirem,dualarin tez qebul olunacaqi vaxtlarda,meselen yaqish yaqarken,azan oxunarken ve s. amma duam qebul olmur.Anam hicab baqlamaqima icaze vermir,nenemde ehd edib.Axi niye Allah onlarin qelbini yumshaltmir? Menim 17 yashim var,kollece teze qebul olmusham.Bilirem ki,bele meselelerde kimdense icaze almaq olmaz,amma anam mene hicab geyimleri almasa men nece ortunecem ki?qetiyyetle icaze vermir,usyan etsem meni mektebe qoymazlar.Bezen Allahin meni sevmediyini dushunurem,axi O, yalniz mutteqilerden qebul eder.Chox charesizem,insanlardan utaniram,bele geyinmek istemirem.siz hemishe suallarimin cavabinda demisiz ki,onlarla danishin,axi fayda vermir,basha dushmurler.Xalam anama baqlatdirma deyib,guya sonra qizini vehhabiler (elebil men vehhabi sozunun menasini bilmirem)alar,bashivi doye-doye qalarsan,onlarda buna gore qorxurlar.Bezen men hechkimin basha dushmediyini dushunur,ozume ölum arzulayiram.Axi men ne edim.Xahish edirem meslehet edin.
Cavab: 

Aleykum salam. Hicab bağlamaq Uca Allahın qadınlara Qurani kərimdə buyurduğu əmridir. Hicab bağlamayan qadın günahkardır və buna görə Allah qatında cavab verəcək. Allahın vacib buyurduğu əmrləri (hicab, namaz, oruc və s.) yerinə yetirmək üçün isə heç kimdən icazə almaq lazım deyil. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Allaha asi olmaqda heç kimə itaət edilməz, itaət yalnız məruf (yaxşı) şeylərdədir". (Buxari, 7257). O həmçinin demişdir: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095).
Amma hər bir halda valideynlərimizlə gözəl davranmalı, onlara qarşı həddi aşmamalı və səbirli olmalıyıq: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (əl-İsra, 23).
Qohum və ya tanışların içərisindən elə adamlar tapın ki, ananıza özü hicab bağlamadığı və sizin də hicabınıza mane olduğu üçün ikiqat günah qazandığını gözəl şəkildə nəsihət etsin. Bu zaman Allaha çoxlu dualar edin. "Allahdan qorxana, Allah çıxış yolu göstərər". (ət-Talaq, 2).
Evdə olarkən naməhrəmlər yoxdursa açıq geyinin, küçəyə çıxarkən isə örtünüb çıxın və Allaha çoxlu dua edin. Bunun üçün xüsusi paltar alınmasını gözləməyin.
Bir dəfə bir qadın Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deyir: "Ey Allahın elçisi, əgər birimizin geyinməyə cilbabı (üst paltarı) olmazsa bayram namazına gəlməyə bilərmi? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Qoy rəfiqəsi ona cilbab (üst paltarı) versin, onlar da bu xeyirli işə və möminlərin dualarına qoşulsunlar". (əl-Buxari, 980).
Evlənmək məsələsində valideynləriniz narahat olmaya bilərlər, çünki islamda qızın valideynin razılığı olmadan ərə getməsi haramdır. Allah kömək olsun və sizin üçün asanlaşdırsın. Həmçinin oxuyun: Valideyn hicaba görə narazıdırsa, nə etməli?
Özünə ölüm arzulamaq isə olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu qadağan etmişdir.

Teqlər: 
Paylaş: