Günahlara düşən bir insanın halını islah etmək üçün bunu başqalarına demək olarmı?
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Peyğəmbər ﷺ buyurmuşdur: "Din nəsihətdir". (Muslim, 55). Buna görə əvvəlcə dostunuzla yumşaq şəkildə əlaqəni davam etdirin və onu tövbəyə, namaza və halal müalicə yollarına yönəldin. Əgər namazı tərk etdiyini dəqiq bilmirsinizsə, sadəcə ehtimala əsaslanaraq bunu demək doğru deyil. Dostunuzun eyiblərini insanlar arasında yaymaq, onun eyiblərini danışmaq doğru deyil. Əgər dostunuzun günaha davam etməsindən və özünə zərər verməsindən qorxursunuzsa, onun islahına, həqiqətən, kömək edə biləcək, dostunuzun da sözünü qəbul edtdiyi etibar etdiyiniz bir müsəlmana vəziyyəti yalnız ehtiyac qədər və qeybət məqsədi olmadan bildirə bilərsiniz. Həmçinin dua edərək Allahdan onun qəlbini islah etməsini, günahlardan uzaqlaşdırmasını və sizə də ona düzgün şəkildə nəsihət etməyi nəsib etməsini diləyin. Həmçinin oxuyun: