08-10-2024
Əssələmu Aleykum. Qurbağanı öldürmək günahdır? Öldürülməsi günah olan heyvanlar hansılardır?
Cavab:

Və aleykum Salam. Ümumiyyətlə səbəbsiz yerə hər hansı heyvanı və ya həşəratı öldürmək qadağandır, lakin zərərverici heyvanları və həşəratları öldürməkdə günah yoxdur. Öldürülməsi icazəli olan heyvanlar barədə ətraflı oxuyun:

ardını oxu
08-10-2024
Salam Aleykum. Soyuqdeymesi olan şexs xesteliyinin artmasi ve ya sagalmanin gecikmesi riskine gore ayaqlarin yuyulmasi ve ya hem ayaqlarin yuyulmasi hem de başa su deymesinden ehtiyat ederse, destemaz yerine teyemmumle namaz qila bilermi? (Diger uzvlere su deymesinin tehlukesi yoxdur)
Cavab:

Və aleykum Salam. Əgər dəstəmaz əzalarının hər hansı birinə su dəyməsi insanın xəstəliyini artırırsa və ya sağalmasına mane olursa, bu halda sağalana qədər namazlar üçün təyəmmüm etmək olar. Ətraflı oxuyun:

ardını oxu
08-10-2024
ƏsSələmu Aleykum. Mən bilmək istəyirdimki, Fərz namazlardan sonra edilən zikrləri mütləq salamlardan sonra oturduğumuz halda etməliyik? Yoxsa əyaq üstə durub qiblə istiqəmətinə olmadan, və ya hərəkət halında ikən bu zikrləri edə bilərikmi?
Cavab:

Və aleykum Salam. Fərz namazlarından sonra edilən zikrləri istənilən vəziyyətdə etmək icazəlidir. Həmçinin oxuyun:

ardını oxu
08-10-2024
Aybasi vaxti destamaz almaq olarmi? Quran oxumaq olarmi?
Cavab:

Əssələmu aleykum. Quran kitabına əl vurmaq olmaz, lakin əlcəklə toxunmaq, əzbərdən və ya telefondan oxumaq, həmçinin tərcüməni oxumaq olar. Daha ətraflı:

ardını oxu
08-10-2024 Cəmil.
Essalamu aleykum. Zehmet olmasa soylerdiz. Ehli sunne fiqhine göre Namazda nelerin uzerine secde etmey olmaz,secde edilerse namaz qebul olunmaz? 2 ci Sual.namazda geyimin üzerine secde etmey olar?
Cavab:

Və aleykum Salam.


1) Əhli-Sünnəyə görə pak və təmiz olan hər bir şeyin üzərində (taxta, parça, dəmir, daş və s.) səcdə etmək icazəlidir. Ətraflı oxuyun:

ardını oxu
07-10-2024
Salam erle arvad arasında cınsı elaqe olarsa qusul alamaq vacıbdırmı. Ve yaxuda vacıbdırse bılmıye bılmıye namaz qılmaq gunhadırmı ve yaxıda qusul alamaq vacıbdırse onda nıye moladan kebın kesılır ?
Cavab:

Və aleykum Salam. Kəbin ərlə arvadı bir-birlərinə halal etmək üçündür. Yaxınlıq etdikdən sonra həm kişi, həm də qadına qüsl almaq vacibdir. Qüsl almadan namaz qılmaq haramdır. Bilmədən qüslsüz qılınan namazlara görə günah yazılmasa da, bu namazlar qüsl alınıb yenidən qılınmalıdır.

ardını oxu
07-10-2024
Salam Aleykum. Bildiyimiz kimi Kitab və Sünnəyə görə Əmr sahiblərinə itaət vacibdi. Əgər belədirsə, o zaman Müsəlman dövlət başçısının qoyduğu və şəraiətə müxalif olmayan qayda-qanunların hamısına itaət etməliyik? Etməsək günaha girmişmi oluruq?
Cavab:

Və aleykum Salam. Hər bir müsəlmana özündən olan əmr sahibinə, yəni müsəlman dövlət başçısına itaət etməsi vacibdir. Çünki əmr sahibinə itaət etmək, Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) itaət etmək sayılır.

ardını oxu
07-10-2024 Aysel
Salam. Dil agiz baglamaq duasi varmi ve bu gunah sayilirmi ? Qaynanam menim haqda olar olmaz sozler danisir yalandan yayir. Gunah olacaq nese etmek istemirem, xahis edirem cavab vererdiz
Cavab:

Və aleykum Salam. İslamda istənilən cadu-əməl növü haramdır. Ətraflı oxuyun:

ardını oxu
07-10-2024
Salam.Allah rizasi ucun cavablamaginizi xahis edirem.Men namazimda dayaniqli ola bilmirem.subh namazina ucqar kendde yasadigim ucun dura bilmirem.Yeni o vaxt menden basqa hec kim durmur,su yeri eve uzaqdi deye cekinirem tek getmeye.Diger terefden namazin duzgun qilinma qaydasini oyrenmek isdiyirem.M
Cavab:

Və aleykum Salam. Əvvəla Uca Allahdan sizin üçün dində sabitlik diləyirik! Allaha həmd olsun ki, dinimiz asandır və asanlığı buyurur. Əvvəla bunu qeyd edək ki, insan Allaha ibadəti nə qədər məşəqqətli olarsa, bir o qədər də savabı çox olar.

ardını oxu
07-10-2024
Salam Aleykum. 1.Men bilmek isteyirdim ki eline çekdiyin xınanı başqaları yeni namahremlerin gormesı gunah sayılarmı? 2. Bir de qadının diger qadının bel ve dize qeder gormesi qadagandır bes anası nenesi göre bilermi? 3. Ölen biri üçün Yasin ve diger sureler oxumaq olarmı 4.
Cavab:

Və aleykum Salam. 


1) Əllərini xına ilə bəzəmiş qadının əllərini naməhrəmlərin görməsi haramdır. Həmçinin oxuyun:

ardını oxu
03-10-2024 Odoflf
Salam,imtahan üçün tesirli zikr ve dualar hansılardır?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
03-10-2024
Salam 1)Hava Xeberlerine Qulaq Asmaq Olar?Qeybden Xeber Verirler 2)Bize Mehrem Olmayan İnsanlarlarla Küsülü Qalmaq Günahdır? 3)Pişikler Bezen Bizim Yerimizde Yatırlar Ve Yaxud Qucağımızda Oturmağı Sevirler bunu onlara icaze vermemek Günahdır?Pişik Qarğışına Sebeb Ola Biler? 4)Her Hansı Bir İşde İ
Cavab:

Və aleykum Salam. 


1) Bu cavabı oxuyun:

ardını oxu
03-10-2024 s
Youtube da video çəkib pul qazanmaq dinimizə müxalif bir şey olmasa belə insanların vaxtını boşa xərcləməyinə səbəb olurmu?
Cavab:

Əssələmu aleykum. Əgər çəkilən videolarda şəriətə müxalif bir şey yoxdursa, əsl budur ki, belə videolar çəkmək icazəlidir. Ətraflı bu cavabları oxuyun:

ardını oxu
03-10-2024 Sevinc
Salam hamilelik zamani zaks var ama kebin yoxdur kesdirmek olar hamilelikde?
Cavab:

Və aleykum Salam. Əgər zaks (rəsmi nikah) qızın vəlisinin (atası, qardaşı və s.) və şahidlərin iştirakı ilə kəsilibsə, bu nikah kəbini əvəz edir. Çünki kəbin qızın vəlisinin və iki şahidin iştirakı ilə olmalıdır.

ardını oxu
03-10-2024
Salam aleykum.bankda girovda olan evi,ev sahibi borcunu ödəmədiyi üçün,bank öz adına keçirib və satışa çıxarıb,ilk öncə ev sahibinə təklif edib o da istəməyib.mən də o evi bankdan almaq istəyirəm. Olarmı?
Cavab:

Və aleykum Salam. Bankdan borc götürüb borc qarşılığında əmlakını girov qoyan şəxs, əgər müqavilə bağladıqda borcu ödəyə bilməyəcəyi təqdirdə girov qoyulan əmlakın satılmasına icazə vermişsə, bu halda bu əmlakı bankdan almaq icazəlidir. Həmçinin oxuyun:

ardını oxu
26-09-2024 Tərlan Zührəbəkli
Salam. Sizə belə bir sualım var. Quranda Bəqərə surəsi 285 də "Biz peyğəmbərləri ayırmırıq" deyir, Ama Bəqərə 253 də isə "Biz Peyğəmbərlərin bəzilərini üstün qıldıq deyir.
Cavab:

Və aleykum Salam. Uca Allah peyğəmbərlərin bəzilərini, bəzilərindən üstün etmişdir.

ardını oxu
26-09-2024
Salam aleykum. Namaz qılanda titrəmə gəlir bədənimə və elə bilirəm kimsə üstümə hücüm çəkəcək. Son 6 aydır başıma ancaq pis işlər gəlir və bunu artıq çox pis qorxuya salıb. Nəyə əl atıram işim alınmır.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
26-09-2024
Salam Nafilə namazına başlayırıqsa günde 5 defe qılmalıyıq? Əgər elədirsə birini qılıb digərini qılmamaq olarmı
Cavab:

Və aleykum Salam. Gün ərzində nafilə namazlarının hamısını qılmaq şərt deyil. Müsəlman bacardığı qədər nafilə namazlarını davamiyyətli qılmalıdır. Lakin bəzi nafilə namazlarının savabına tam nail olmaq üçün onları davamiyyətli qılmaq lazımdır.

ardını oxu
26-09-2024 .
Uzaqda olan yoldaşınla ehtiraslı danışmaq gümahdırmı?
Cavab:

Əssələmu aleykum. Yəqin ki "yoldaş" dedikdə həyat yoldaşını nəzərdə tutursunuz. Ər-arvadın uzaqdan olsa belə, öz aralarında ehtirasla danışması günah deyil. Həmçinin oxuyun:

ardını oxu
26-09-2024 Məhəmməd
Salam, mən az Nəcisli paltarı namaz qıldığım paltarın üstünə atmışam səhvən indi namaz qıldığım paltar napakdir ?
Cavab:

Və aleykum Salam. Əgər nəcasətin təmiz paltara keçmək ehtimalı varsa, bu halda ehtiyat üçün bu paltarda namaz qılmaq olmaz. Əgər nəcasətin keçmə ehtimalı yoxdursa, bu halda namaz qıldığınız paltar pak sayılır.

ardını oxu
25-09-2024 Sahih dua va zikr kanalının sahibindən
As salamu aleykum varahmatullahi va barakatuhu şeyx bir insan aşırı derecede şehvetden yüksekdi ve oruc tutur ve diyer şeyleri edir ama tesir etmir bu veziyyetde neynemelidi?
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bu cavabları oxuyun:

ardını oxu
25-09-2024 Sjsj
Salam ,mən ayaqəmnan əməliyyat oldum,namazımı qılmaq istəyirəm ,amma təmiz deiləm yəni heyz qüslü almalıyam,alada bilmjrəm çünki ayaqımdaki sarğı açılmamalıdı yəni ora su deymemelidi hekim deyib. Necə edim namazım qəzaya qalır isdəmirəm qalsın. İndiden cavab verdiyinizə görə çox sağ olun
Cavab:

Və aleykum Salam. Üzrlü səbəbdən heyz qüslü alabilməyən qadın heyzdən təmizləndikdən sonra təyəmmüm edib namazlarına başlamalıdır. Üzrlü səbəb aradan qalxdıqdan sonra isə qüsl almalıdır. Ətraflı oxuyun:

ardını oxu
25-09-2024 Togrul
Salam quran acdirmag duzdur ya sehf?
Cavab:

Əssələmu aleykum. Dinimizdə Quran açdırmaq deyilən bir anlayış yoxdur. Uca Allah Quranı oxuyub ibrət almaq və əməl etmək üçün göndərmişdir. Fala baxdırmaq, Quran açmaq, açdırmaq, falçıdan kömək ummaq və s. ən böyük günahlardandır. Ətraflı oxuyun:

ardını oxu
25-09-2024
Əs salam aleykum zəhmət olmasa sualımı cavablandırardızda, Mən Namaz təzə baslamisam 1 ay tamam olur, İndi Bildim ki Namazın bəzi sözləri səhf demisəm , çalışıram səhflərimi düzəldim, amma Dilim bəzən Namazın bəzi sözləri demək düzgün gəlmir nə edim onda Namazım batil olurmu ? Qəbul olurmu ?
Cavab:

Və aleykum Salam. Sizi namaza başlamaq münasibətilə təbrik edirik. Allaha dua edirik ki, sizi haqq üzərində sabit etsin. Namaza yeni başlayan insan namazda etdiyi xətalara görə günah qazanmır. Getdikcə namazın sözlərini daha doğru deməyə çalışmalısınız. Həmçinin oxunun:

ardını oxu
25-09-2024
Namazı qılıb yarısında qılmamaq günahtır
ardını oxu
21-09-2024 Nicat
Salam bugün bilmeden maşınla iti basdım oldu maşının altında yatmışdı bilmedim. Bu günahdırmı ? Ele pis olduM ALLAH Günahımdan Kecsin
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
21-09-2024
Salam. Men 2 ay yarimdir ki doğuş etmişem menden axinti gəlir bəzən qan olur bəzən isə sari və ya qara leke kimi mesel axşam qüsl alim namaz üçün seher duran leke olur. Belə halda namazım qeza olur yoxsa üzrlü sayiliram? Çox narahatam xahis edirem geniş izahin verin
Cavab:

Və aleykum Salam. Doğuşdan sonra gələn qan nifas qanı adlanır. Nifasın ən çox müddəti qırx gündür. Qırx gün tamamlandıqdan sonra qadın qüsl edib namazlarına başlayır. Qırx gündən sonra gələn axıntılara görə sadəcə yuyunub dəstəmaz almalıdır. Həmçinin oxuyun:

ardını oxu
18-09-2024
Namaz qəlıram,amma günahda edieəm
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
18-09-2024
Sələm Əleykum və rahmətullahi bərakətuh.Xalamın qızı var və onunla qalır mən bu halda xalamgildə qala bilərəm? SubhənAllah,Allahu əkbər,Əlhəmdulilləh,Lə həvlə və lə quvvətə illə billəh və s.
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu.


1) Xalaqızı naməhrəm olduğu üçün özünüzü haramlardan qorumaq şərti ilə xalanız gildə qala bilərsiniz. Nəzərə almaq lazımdır ki, xalaqızı ilə əl ilə görüşmək, bir otaqda təklikdə qalmaq qadağandır. Ətraflı oxuyun:

ardını oxu
18-09-2024 Elin
Salam 8 aydı evliyəm ama hələ uşağlm yoxdu deyirlər ki çiləyə düşmüsən həmzada belə bir şey var? Və onu təmizlədikdən sonra hamilə qalacam?
Cavab:

Və aleykum Salam. Dinimizdə çiləyə düşmək və ya həmzada düşmək kimi bir anlayış yoxdur. Belə inanclar xurafatdır və onlara inanmaq olmaz. Uca Allaha dua edərək Ondan sizə əməlisaleh övlad bəxş etməsini diləyin və yalnız Allaha təvəkkül edin. Övlad verən yalnız Odur.

ardını oxu
18-09-2024 Emil
Salam Aleykum qəbirstanlığın yanından keçərkən musiqini söndürmək olar?
Cavab:

Və aleykum Salam. Qəbiristanlığın yanından keçərkən dua oxumaq sünnədir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
18-09-2024 K
Əssələmu Aleykum.Amerika kafir olkedirmi?Ərim Amerikaya iş üçun getmek isteyir yəni güzərani yaxşi olsun deyə burda islediyi işdə istediyi maaşi almir deye getmek isteyir muselman bir şexs islemeyə muvveqeti gede bilermi?cunki orda qalici yasamak ucun getmir.qeybet etdiyimiz insan bunu bilmirse Alla
Cavab:

Və aleykum Salam.


1) Amerika kafir ölkəsi sayılır. Lakin müvəqqəti olaraq işləmək məqsədilə ora getmək icazəlidir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
17-09-2024 Əxi 44
Saleh insan Allaha 2 şeyi etiraf edir. Bu etiraflarla günahları bağışlanır. Bu etiraflar hansılardır?
Cavab:

Va aleykum Salam. Günahkar insan ilk növbədə günahkar olduğunu, sonra isə Uca Allahın bağışlayan və rəhmli olduğunu, günahları yalnız Uca Allahın bağışladığını etiraf edir. Uca Allah buyurur: "Musa dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm et­dim. Mə­ni bağış­la!” O da onu ba­ğış­ladı.

ardını oxu
17-09-2024 Ndnnm
Əs salamı əleykum Nişan üzüyü Və ağ gəlinlik haqqda sorucacaqdim Onlar xiristianlar edir Biz ded de ediler Günahdır bu
Cavab:

Və aleykum Salam. Qadının toy gecəsi ağ gəlinlik geyinməsi və nişan üzüyü taxması icazəlidir. Çünki bu adətlər artıq müsəlmanların da adətinə çevrilib. Lakin ağ gəlinlik açıq-saçıq olmamalı və bədənin görünməsi qadağan olan yerlərini örtməlidir. Həmçinin oxuyun:

ardını oxu
17-09-2024 Pərviz
Men əmanətə xəyanət etmişəm. Geri qaytarmaq mümkün deyil. Vicdan əzabı məni incidir. Mən nə edim? Bir yol deyin, günahımız necəsə yuya bilərəmmi?..
Cavab:

Əssələmu aleykum. Əmanətə xəyanət etmək böyük günahdır. Buna görə tövbə etməli və əmanəti sahibinə qaytarmalısız. Əmanəti şəxsən özünüzün qaytarması, habelə əmanət sahibinin də bunu bilməsi şərt deyil.

ardını oxu
17-09-2024
Salam aleykum. Öldükdən sonra o dünyada insanın etdiyi hər iş ailəsinə izlədilir mi? Və ailədən gizli ailənin icazə vermədyi bir şeyi etmək günahdır mı?
Cavab:

Va aleykum Salam.

ardını oxu
17-09-2024 ...
Əssəlamu əleykum və rahmətullah.•İslamda belə bir anlayış varmı ki,əgər bir uşaq valideynləri və ya nəslindəki pis adamlardan uzaqda böyüsə də,yaxşı tərbiyə alsa da,genetik olaraq pis xüsusiyyətləri miras alır və bu,onun davranışına təsir edə bilər?
Cavab:

Və aleykum salam va rahmətullahi və bərakətuhu. 


1) İnsanın əxlaqi xüsusiyyətləri iki qisimdir:


Birinci: İnsanın fitrətində olan, genetik əxlaqi xüsusiyyətlər; 


İkinci: İnsanın həyatı boyu özünü tərbiyələndirməklə qazandığı, əldə etdiyi əxlaqi xüsusiyyətlər. 

ardını oxu
16-09-2024
Yalnızca öpüşən iki insana baxmaq göz zinasıdır? Məsələn parkta görüb baxsaq göz zinası etmiş oluruq?
Cavab:

Əssələmu aleykum. Bu cavabı oxuyun:


​​​​​​​Şəhvət oyadan səhnələrə baxmaq günahdırmı?

ardını oxu
16-09-2024
Zər ilə oyun oynamaq olar? Nərd yox. Başqa oyunlar.
Cavab:

Əssələmu aleykum. Əgər oyunu nərd və qumar deyilsə, oyunda zərdən istifadə etmək icazəlidir. Həmçinin oxuyun:


Nərd oynamaq günahdır?​​​​​​​
ardını oxu
16-09-2024
Salam.Qonaq gedilen evde 2 rüket namaz qılına biler deyirler.Doğrudur?
Cavab:

Və aleykum Salam. Ümumən qonaq gedilən evdə namaz qılmaq icazəlidir.

ardını oxu
16-09-2024 Nərmin
Salam sevdiyim şəxs var. Ayrılmışlq. Dua edərək o şəxsi xeyirli nəsibim qismətim edə bilərəm? Belə şey mümkündürmü ki, dua ilə taleyi dəyişmək? Zikrlər, dualar çox etsəm olar mı?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
16-09-2024 Yunus
Salam 1.əfsanə adıni qoymaq olarmi qızıma 2.tecavuz etmek gunahdirmi? Tecavuze ugrayan gunahkardirmi
Cavab:

Və aleykum Salam.


1) Bəli, "Əfsanə" adını uşağa qoymaq icazəlidir. Həmçinin oxuyun:


Uşağa ad qoymaq barədə



ardını oxu
13-09-2024 .
Salam aleykum menim size 2 sualım var.Qeyri real varlıqlar namehrem sayılırmı yeni meselen kuklalar ve ya oyunlardakı oyunçular namehrem hesab olunurmu.Diger sualımsa beledir.Göz geniş erazini görür menim gözümün ehatesinde namehrem varsa men namehreme baxmış sayılırammı
Cavab:

Va aleykum Salam. 
1) Naməhrəm anlayışı yalnız insanlara aiddir. Oyuncaqlar və ya virtual personajlar naməhrəm sayılmasa da, bu oyunlarda insanı ehtiraslandıran şəkil və ya obrazın olması qadağandır. Ətraflı oxuyun:

ardını oxu
13-09-2024 Ələkbər
Salam.Necəsiz?Həcc ziyarəti edib öz ölkəsinə gəldikdən sonra o insana daim olaraq haci deyə müraciət etmək olarmi? .Xahiş edirəm Quran və hədislərlə bir qədər geniş izah edəsiniz.Allah sizdən razi olsun.
Cavab:

Və aleykum Salam. Həcc ziyarətini yerinə yetirən insanı "hacı" adlandırmaq doğru deyil. Çünki nə Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) nə də onun səhabələrini belə adlandırmamışlar.

ardını oxu
13-09-2024
Salam Aleykum Mənim YouTube kanalım var mobil oyun videoları çəkirəm Bilmək istərdim ki Mənim YouTube-dan qazandığım pul halaldır yoxsa haram?
Cavab:

Və aleykum Salam. Əgər çəkdiyiniz videolarda şəriətə müxalif olan heç bir şey yoxdursa, bu videoların baxış sayına görə qazandığınız pul halal sayılır. Həmçinin oxuyun:

ardını oxu
13-09-2024
Salam aleykum, men güllerden müxtelif dekorlar, hediyyeler, gelin buketleri hazirlamağı bacariramsa, bunlarin satışını etmek olar, yani biznes kimi? Yani bele bir satış israf olan eşyaların alınmasına ve onlardan gelir qazanmağa sebeb olar biler?
Cavab:

Və aleykum Salam. Həm təbii, həm də süni güllərdən müxtəlif dekorlar və hədiyyələr düzəldib satmaq icazəlidir və bu heç də israf sayılmır. Çünki insanlar bu hədiyyələrlə və dekorlarla evlərini, ofislərini bəzəyib, bir-birinə hədiyyə etməklə onlardan faydalanırlar.

ardını oxu
13-09-2024
salam .Təkasür Sürəsini yazarsız zəhmət olmasa
Cavab:

Va aleykum Salam. Quran ayələrini azərbaycanca transkripsiyadan oxumaq düzgün deyil. Çünki heç bir transkripsiya ərəbcə oxunuşu əvəz edə bilməz, çünki ərəbcə bir çox hərflərin azərbaycanca qarşılığı yoxdur. Quranı ərəbcə oxumağı öyrənməyinizi məsləhət görürük, bu çox asandır. Bunları oxuyun:

ardını oxu
10-09-2024
Salam Aleykum. Mənim bir sualım olacaqdı. Nikahsız bütün münasibətlər zinadırsa, o zaman kafirlərin bir-birlərilə etdikləri nikah keçərsizdirsə zinadamı olmuş olurlar? Və ya Müsəlmana kafir haramdırsa, nikahları keçərsizmi olur? O zaman zinamı etmiş olurlar?
Cavab:

Və aleykum Salam. Qeyri-müsəlmanların öz dinlərinə və adətlərinə görə doğru saydıqları nikah bizə görə də doğrudur. Qeyri-müsəlmanların öz aralarında bağladıqları nikahda İslam dinin qoyduğu şərtlər tələb olunmur. 

ardını oxu
10-09-2024
Esselemu aleykum. Sualim beledir ki,er oz arvadiyla mübahise edende, ikisi arasinda olan sohbetde basqa insanlarin(qizin anasinin,atasinin)adini cekmesi ne derecede dogrudu? Bacinin valideynleri ayrilib. Yoldasi her davada senin atan yaxsi insan deyil.
Cavab:

Və aleykum Salam. Əgər qadının qohumlarının ər-arvad arasında baş verən mübahisəyə heç bir aidiyyatı yoxdursa, bu halda ərin onlar barədə xoşagəlməz sözlər danışması və ya onların həyatında baş verən hər-hansı hadisəyə görə həyat yoldaşını qınaması doğru deyil və bu əməl qeybət sayılır.

ardını oxu
10-09-2024 .
Salam. Sualım belədir: bir şirkət bizdən müəyyən yatırım alıb elektron ticarətlə məşğul olur, məhsulları depolamaq üçün bizdən ödəniş alır. Sonra satışdan bizə də artımlı ödəniş verir. Mənim ondan faizlə artıq aldığım pul haramdır?
Cavab:

Və aleykum Salam. Əgər sözügedən şirkət sizbən bu pulu borc kimi alırsa, qaytararkən üzərində faiz almağınız riba (sələm) sayılır və bu haramdır. Əgər pulu sizdən sizi öz ticarətinə şərik etmək məqsədilə alırsa və pulu qaytardıqda öz gəlirinin müəyyən hissəsindən sizə verirsə bu icazəlidir.

ardını oxu

Pages