Rahatlığımı itirmək qorxusuna görə evlənməkdən çəkinməyim doğrudurmu?

    07.05.2026
Kimdən: 
Adsiz
Sual: 
Salam sizcə evlənməyə qarşı qorxu neden ola bilər? 1cisi narahat adamam mən zəifəm fiziki arığam travma var ki belə adamı heç bir qadın bəyənməz deyə 2cisi pulum yoxdur 3cusu isə evlənəcəm arvad məni narahat edəcək dırdır edəcək gecə uşaq ağlayacaq yata bilməyəcəm uşaq xəstə olacaq arvad uşaq dərdi çəkmək istəmirəm azad yaşayım subay qalım deyə fikirlər var ümumiyyətlə bu psixoloji problemlərim var əsəb stress psixoloji dərmanlar çox atmışam və arada birden atıram obsem mən evlənməyə də yararsizam deyə düşünənlər var çünki məndə əlavə xəstəliklər var birdeki evlənsəm arvad uşaq məni narahat edəcək oturmusmada başım sakit deyə evlənib uşaq dərdi arvad derdi yani rahatlogimdan olmaq istəmirəm
Cavab: 

Və aleykum Salam. Bu qorxuların bir hissəsi şeytanın vəsvəsəsidir. Şeytan evliliyi çətinlik kimi göstərib sizi xeyirdən uzaqlaşdırmaq istəyir. Peyğəmbərimiz ﷺ evliliyə təşviq etmiş və onda həm dinin qorunması, həm də qəlbin rahatlığı üçün xeyir olduğunu bildirmişdir. Bu barədə ətraflı oxuyun:


Kasıblıq evlənməyə maneə deyil, çünki ruzini verən Allahdır. Zəiflik və ya xəstəliyə gəlincə insan səbəblərdən tutarsa, Allah izni ilə bu problemləri həll edə bilər. Zəifliyi idmanla, xəstəliyi isə müalicə ilə aradan qaldırmaq mümkündür. Alimlər bildirmişlər ki, insan gələcək barədə həddindən artıq qorxu ilə yaşasa, bu onu xeyirli addımlardan saxlayar. "Azad yaşayım, subay qalım" istəyi çox vaxt həqiqi rahatlıqdan yox, məsuliyyətdən qorxudan yaranır. İnsan bir müddət subaylıqda rahatlıq tapsa da, daha sonra təklikdən yorulur və nəfsin çətinlikləri ortaya çıxır. Yaş ötdükcə insanda evlilik istəyi azalır. Azadlıq tək qalmaq deyil, şəriətə uyğun şəkildə yaşamaqdır. Ailə insanı daha sabit və güclü edir.  Həmçinin oxuyun:
Paylaş: