Evlilik dünyaya aid məsələdir, yoxsa axirətə?
Aleykum salam. Fiqh alimləri evliliyi dünya əməllərinə daxil ediblər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Ey cavanlar toplumu evlənin, bu insanın həm dinini, həm axirətini, həm zuriyyətini (nəslini), həm cəmiyyətini qoruması üçün bir vastədir".
Dünya işlərini Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) buyurduğu kimi etdikdə axirət üçün də savab qazanırıq. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Məgər Allah sizin üçün sədəqə verəcəyiniz şeylər hazırlamayıb?! Həqiqətən, hər bir təsbih sədəqədir, hər bir təkbir ("Allahu əkbər" demək) sədəqədir, hər bir təhmid ("Əlhəmdülilləh" demək) sədəqədir, hər bir təhlil ("Lə iləhə illəllah" demək) sədəqədir, yaxşı əməlləri buyurmaq sədəqədir, pis işlərdən çəkindirmək, habelə, (həyat yoldaşı ilə) yaxınlıq etmək də sədəqədir". Səhabələr (radıyəllahu anhum) soruşdular: "Ya Rəsulullah! Birimiz zövcəsi ilə yaxınlıq edir və buna görə də savab qazanır?" O dedi: "Məgər haram yolla yaxınlıq etdikdə, buna görə günah qazanmır?! Eləcə də, halalı ilə yaxınlıq etdikdə, savab qazanır".