Nə üçün ibadətdə olanda həyatım düzəlir, uzaqlaşanda isə hər şey pisləşir?
Sual:
Salam Aleykum, mən ibadət edəndə həyatımda hər şey yolunda gedir, özümü əla hiss edirəm amma elə ki ibadətdən uzaqlaşıram həyatımda hər şey pis yolda gedir, səbəbi nədəndir?
Cavab:
Və aleykum Salam. Mömin insan itaətdə olduqda qəlbi rahatlıq tapar, çünki Allahı zikr etmək və Ona yaxın olmaq bərəkət və qəlbin rahatlığının səbəbidir. Günah etmək və ibadətdən uzaqlaşmaq isə qəlbi daraldır, insanın həyatındakı bərəkəti azaldır və sıxıntıya səbəb olur. Uca Allah bu xüsusda belə buyurur: "Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı daralar və Biz Qiyamət günü onu kimi hüzurumuza gətirəcəyik" (Taha, 124). Həmçinin bilmək lazımdır ki, ibadət etmək Uca Allahın bizim üzərimizdə olan haqqıdır. Buna görə ibadəti yalnız hisslərə görə deyil, Allahın haqqı olduğu üçün davamlı etməyə çalışmaq lazımdır, çünki az da olsa davamlı edilən sabit əməl Uca Allaha ən sevimli əməllərdəndir. Həmçinin oxuyun:
Tövhid nədir?