Qəza oruclarını tam bitirmədən və niyyət etmədən tutduğum günlər Şəvval orucu sayılırmı?
Sual:
Salam aleykum. Mən ramazan ayının orucundan 7 gün qəza etmişdim. Sadəcə olaraq 7-ci gündən tam əmin deyildim. Buna baxmayaraq 7 gün qəza yerinə 6 gün qəza sonra isə 6 gün də şəvval ayının orucu olmaqla cəmi 12 gün oruc tutmuşam. Sadəcə qəza orucunu tutub bitirdikdən sonra şəvval ayının oruclarını tutmağa başlayanda niyyət etməmişəm. Məndə şəvval ayının orucu sayılırmı? Yəni axırda bir gün qəza tutmadan şəvvala keçmişəm.
Cavab:
Və aleykym Salam. Qəza oruclarını tamamlamadan Şəvval orucuna keçmək doğru deyil və ayrıca niyyət etmədiyiniz günlər Şəvval orucu sayılmaz. Əmin olmadığınız 7-ci günü də qəza kimi yenidən tutmaq daha ehtiyatlıdır. Bir illik orucun savabına nail olmaq üçün əvvəlcə Ramazan ayının oruclarını tamamlamaq, sonra isə Şəvval ayının 6 gün orucunu tutmaq lazımdır. Həmçinin oxuyun:
Ramazandan qalan qəza oruclarını Şəvval orucundan sonra tutmaq olarmı?