Ramazandan qalan qəza oruclarını Şəvval orucundan sonra tutmaq olarmı?
Aleykum salam. Şəvval oyunda oruc tutmaq müstəhəbdir (bəyənilən əməldir). Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Kim Ramazan orucunu tutub, sonra əlavə olaraq Şəvval ayından altı gün oruc tutarsa bir il oruc tutmuş kimi sayılar". (Muslim, 1164; ət-Tirmizi, 756).
Ramazandan qəza orucları qalıbsa, əvvəlcə onları tutmaq, sonra isə Şəvvaldakı 6 günlük orucu tutmaq lazımdır, çünki hədisdə əvvəlcə Ramazan orucunu tutmaq, sonra isə Şəvvalda altı gün əlavə etmək deyilmişdir. Ramazandan qəzası qalan isə Ramazan orucunu tam yerinə yetirmiş sayılmır. Həmçinin ümumən şəriətin qaydasına əsasən, vacib əməli yerinə yetirməmiş müstəhəb əməli etmək qadağandır. Məsələn, qəza namazı varsa, sünnət qılmaq icazəli deyil, əvvəlcə qəza qılınmalıdır. Şəvval orucu ilə bağlı daha ətraflı: Şəvval orucunun hökmü nədir?