Şəvval orucunun hökmü nədir?
Sual:
Salam aleykum. Wavval orucunun hokmu nedir?
Cavab:
Və aleykum Salam. Ramazan ayından sonra şəvval ayında altı gün oruc tutmaq vacib yox, müstəhəbdir (bəyəniləndir). Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) Şəvval ayında altı gün oruc tutmağa təşviq etmişdir: "Kim Ramazan orucunu tutub, sonra əlavə olaraq Şəvval ayından altı gün oruc tutarsa bir il oruc tutmuş kimi sayılar". (Səhih Muslim, 1164; Sunən ət-Tirmizi, 756). Bu altı günlük oruc ard-arda və ya ara verilərək tutula bilər. Alimlər qeyd etmişlər ki, birə on qat əcr verilməklə Ramazan orucunun on aya, altı gün şəvval orucu da iki aya bərabərdir. Beləcə bütün il oruclu keçirilmiş kimi sayılır, çünki Uca Allah buyurur: "Kim (Qiyamət günü) yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər". (əl-Ənam, 160).