Yorğun olduqda namazı gecikdirib əvvəl dincəlmək günahdırmı və şəkilli otaqda namaz qılmaq olarmı?
Sual:
Salam.Men dərsdən evə gələndə günorta olur namazını vaxtı keçmiş olur evə gəlib dincəlmək istəyirəm amma düşünürəm ki günahdı namaz qılmamışdan əvvəl dincəlmek sizcə bu nə qədər doğrudur.Birde sekil olan otaqda namaz qılmaq olarmı?
Cavab:
Və aleykum Salam. Namazın vaxtı daxil olubsa, onu gecikdirmək doğru deyil. Çünki ən fəzilətli əməl namazı vaxtında qılmaqdır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu xüsusda demişdir: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır". (əl-Buxari "Məvaqit", 162). Üzrlü səbəb olmadan isə namazın vaxtını uzadıb son vaxtında qılmaq bəyənilmir. Yalnız çox yorğunluq varsa, qısa istirahət edib vaxt çıxmadan qılmaq olar. Ətraflı oxuyun:
Namazları vaxtında qılmağın savabı çoxdurmu?
Şəkil olan otaqda namaz qılmaq olar, lakin canlı varlıqların şəkilləri qarşıda və açıq şəkildədirsə, onları götürmək və ya örtmək daha doğrudur. Həmçinin oxuyun: