Namazları vaxtında qılmağın savabı çoxdurmu?

    15.04.2014
Kimdən: 
Aysel
Sual: 
Salam aleykum. Namazı vaxti giren kimi qılmaq daha savabdir, yoxsa bitme vaxtina az qalmish qilmaq ondan az savablidir?
Cavab: 

Aleykum salam. Namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu haqda belə buyurub: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır". (əl-Buxari "Məvaqit", 162). Üzrlü səbəb olmadan isə namazın vaxtını uzadıb son vaxtında qılmaq bəyənilmir. 

Teqlər: 
Paylaş: