Rəsmi nikah dini kəbini əvəz edirmi, rəsmi nikahdan sonra kəbin kəsdirmək lazımdırmı?

    16.04.2026
Kimdən: 
Adəm oğlu
Sual: 
Əs-sələmu aleykum və rahmətullahi və bərakətuh. 1. Əgər, valideynlər arasında razılaşma olarsa, "həri", nişan, rəsmi nikah və şahidlər, toy da olubsa, lakin dini kəbin olmayıbsa, problem varmı? Sonra da gedib dini kəbin kəsdirmək olarmı? 2. İbn Qeyyimin və İmam Şafinin şeirlər toplusunu və yaxud da məşhur şeirlərini ərəb dilində necə əldə etmək olar? Mağazalarda satılırsa, hansı mağazalarda satılır? İntenetdə varsa, onların linklərini göndərə bilərsinizmi?
Cavab: 

Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu.

1) Şəriətə görə nikahın düzgün olması üçün əsas şərtlər vəli, iki şahid və tərəflərin (bəy və qızın vəlisinin) açıq şəkildə razılıq bildirmələridir. Əgər bunlar olmadan sadəcə rəsmi nikah olubsa, şəriət baxımdan kəbin sayılmır və sonradan şəri nikah kəsdirmək vacibdir. Əgər rəsmi nikahda qızın vəlisi iştirak edirsə və şahidlərin yanında razılığını verirsə, bu nikah düzgün sayılır. Həmçinin oxuyun:


2) İbn Qeyyim və İmam Şafiinin şeirlərinə gəlincə, onları əsasən ərəb dilində kitab şəklində və ya PDF olaraq internetdə tapmaq mümkündür. Klassik islami kitab saytlarında və kitab mağazalarında bu əsərlər mövcuddur.
Teqlər: 
Paylaş: