14-02-2025 .
Qadın sesi haramdır? Qadın namehrem yanında Quran oxuya biler? Ayede keçen yalnız nazlana-nazlana danışmağa aiddir? Ses ümumen ixtilaflı meseledir?
Cavab:

Əssələmu aleykum. Alimlərin fikirlərinə görə, qadının səsi övrət (haram) hesab olunmur. Çünki Uca Allah buyurur:

ardını oxu
14-02-2025 Cesi
Övlad valideyin sozune qulaq asmirsa valideyin ne etmelidir.? 20 yaşinda ovladim valideyin sozu dinlemeyib ərkoyunluk edirse hərdən kobud hərdən agilli olursa valideyin olaraq qorxuruq ki gelecekde hansisa sehv addim atar peşmanciliq olarsa valideyin ne etmelidir. Əslində qaygikeş ovladi seven.
Cavab:

Və aleykum Salam. İslam dininə görə yetkinlik yaşına çatan hər kəs ailə qura bilər. İnşallah ailə qurmaq barədə məqalə yazmaq niyyətindəyik. Daha ətraflı oxuyun:

ardını oxu
12-02-2025 Qasımov Ramil
Bir daha salam. Menim oldugum erazi şielerin oldugu erazidir və menim tətbiqimde olan azan vaxtları ile onlarinki üst-üste düşmür. Arada 15-20 deqiqe ferq var. Yeni, onlar gec verirler. Mense bildiyim tetbiqlerdeki vaxta esasen namazlarimi qiliram.
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
12-02-2025
Salam,ilk sualim birinden küsdükde,barismaq üçün hansı duaları oxumaq olar? ikinci sualim ise qebul olmasini istediyimiz bir dua varsa daha tez qebul olması üçün hansı duaları oxumaq olar?
Cavab:

Və aleykum Salam.


1) Barışmaq üçün xüsusi bir dua yoxdur. lakin ümumi olaraq Allahdan sizinlə küsülü olan insanı barışdırmasını, onun qəlbində sizə qarşı olan kin-küdurəti çıxarmasını diləyin. Həmçinin oxuyun:

ardını oxu
12-02-2025 Aynur
Es salami aleykum.Sulim budur ki Qadın evlendikde Mehr isdemelidir .bu isdediyi sey tekce Qandinin haqqidir . Bundan əlavə qiz evi ogaln evinden pul qiza göre isdemeyi duzgundur .
Cavab:

Və aleykum Salam. Dinimiz nikah bağlanarkən qadına kişidən mehr istəmək haqqı vermişdir və bu haqq qadının ailəsinə deyil, qadının özünə aiddir. Evlənərkən qadının valideynlərinin və ya ailəsinin kişidən pul istəmələri şəriətdə buyurulmayıb.

ardını oxu
12-02-2025 Allahu Əkbər
As salam əleykum sizdən bir söz sorucacaqdim. 1 uşaqlarin indiki dövürdə həm məktəb dersleri hem hazırlıqlara gedmesi səbəbi ilə namaza 11 sinifi qurtardıqdan sonra başlasa günah olar . 2.Də uşaq namaza vəya hicaba gətirə bilməsək .İsdemeseler namaz qılmaq və ya hicaba keçmək isdemese bizi anlamas
Cavab:

Və aleykum Salam. 


1) Həddi-büluğa çatmış hər bir uşağa namaz qılmaq artıq vacibdir və namazı qılmamağa görə ona günah yazılır. Məktəb dərsləri və hazırlığa getmək səbəbindən namazları birləşdirmək mümkündür. Bu barədə ətraflı oxuyun:

ardını oxu
12-02-2025
Salam Aleykum.en-Nur suresi, 26-cı aye'nin tefsirini zehmet olmazsa cavablayardınız.
Cavab:

Və aleykum Salam. Uca Allah "ən-Nur" surəsinin 26-cı ayəsində belə buyurur: "Murdar qadınlar mur­dar kişilərə, murdar kişilər isə mur­dar qa­dın­lara, elə­cə də təmiz qadınlar təmiz kişilərə, tə­miz kişilər də tə­miz qa­dın­lara la­yiq­dir­lər.

ardını oxu
11-02-2025 Qamet
Bir insan Allahdan qeyrisine dua edir Allahdan qeyrisine qurban kesir bu halda ölerse muselman kimi olmus sayilirmi?
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
11-02-2025 Efsane
Men çox böyük bir sehf edib anamın canına and içmişem ,çox qorxuram ki ona meşe olar ,ona nese ola biler ? Ne etsen onun canına heçne olmaz (andım pozulub )
Cavab:

Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, Allahdan başqa bir şeyə and içmək günahdır və bu əməldən tövbə etmək lazımdır. Kiminsə canına and içmək o insana nəsə olacaq anlamına gəlmir.  Bu barədə ətraflı oxuyun:

ardını oxu
11-02-2025
salam.deyiler goz yalan weydi amma men yawimdan cavan gorsenirdim deye yoldawimin qohumlari gorendede inanmirdilar. ne uzerliy nede hecne toyda yandirmadilar.
Cavab:

Və aleykum Salam. Gözdəymə haqdır və ondan qorunmaq üçün dua və zikrləri müntəzəm demək lazımdır. Bəli, gözdəymə insanın xəstələnməsinə səbəb ola bilər və həyat tərzinə mənfi təsir edə bilər. Üzərlik, gözmuncuğu və s. bu kimi şeylər gözdəymədən qorumur.

ardını oxu
11-02-2025 Nicat
Salamun Aleykum.1.İnsan ölümünden sonra bütün orqanlarının bağışlamasını vesiyyet ede bilermi? 2.Hamam ve ayaqyoluna ehtiyac üçün deyil ele bele girdikdede zikr etmek lazımdır? 3. Biri din barede mübahise edirse ona sert cavab vermek olar?
Cavab:

Və aleykum Salam.


1) Bu cavabı oxuyun:


Öldükdən sonra orqanları bağışlamaq olarmı?



ardını oxu
11-02-2025 Ş
Əssələmu Aləykum və Rahmətullah. İşa namazinin vaxtinda heyz ağrilari ile axinti geldi ama bulaniq tam qehveyi rengde deyildi daha sonra fecr namazindan qabaqda ele bulaniq axinti oldu sonra duha namazin vaxtinda qan geldi bele axinti heyzden sayilirmi?
Cavab:

Va aleykum Salam va Rahmətullahi va Bərakətuhu.


1) Heyzdən əvvəl heyz əlamətləri ilə bərabər qadından açıq-qəhvəyi bulanıq heyzdən sayılır. Belə olduqda namazı saxlamaq lazımdır. Ətraflı oxuyun:

ardını oxu
10-02-2025
Əssəlamu Aleykum,mən niqab taxmıram amma niqabla namaz qılsam,savab qazanaram?
Cavab:

Və aleykum Salam. Niqab taxmaq vacib deyil, müstəhəbdir. Niqab geyinməkdə əsas məqsəd çölə çıxarkən naməhrəmlərin baxışlarından üzü qorumaqdır. Namaz qılarkən niqab geyinmək savabı artırmır. Ətraflı oxuyun:

ardını oxu
10-02-2025
Salam .eve namehrem kişi daxil olarsa,ve hicabsiz gorerse bu hicab taxana gunah sayilirmi?yaxud menden xebersiz kohne basi aciq seklimi namehrem kimese gostermekleri gunahdir?gunahdirsa gunahi kime yazilir?
ardını oxu
10-02-2025 Sual
Əs salamı əleykum və rəhmətulahi və bərakətuhu.Sualim belədir ki Axirətdə insan dünyadakı yoldaşı ilə birgə cennetde bir birlərini tanıyacaqlar .yeni dünyadakı kimi orda da evli olacaqlar . 2 Əgər kişi və yaxud qadın Biri cənnətə digəri isə cehennem düşe cənnətə düşən təkrar cennetde evlencek
Cavab:

Və aleykum Salam.


1) Cənnətə ər-arvad olaraq düşən cütlük orada bir-birlərini tanıyacaqlar və orada da ər-arvad olaraq qalacaqlar. Bu barədə ətraflı oxuyun:

ardını oxu
10-02-2025 .
Salam. Menim ovladim uşaqlıqdan bir qizi sevir qizda onu. Mekteb illerinden. İndi ikside telebedi. Xasiyyetleri tutmur deye qiz ayriliq qerari verir. Oglum deli kimi olur. Hec cure bununla barişmir Sürunur Qapisina kimi gedir. Mehv eleyir ozun. Yemir icmir. Onunla beraber bizde mehv oluruq.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:

ardını oxu
10-02-2025 Qoca
səlamun aleykum. sualım talaqla bağlıdır. Heyz halında verilən talaq bir talaq olaraq sayılır yoxsa yox?
Cavab:

Və aleykum Salam. Şəriətə uyğun olan talaq odur ki, kişi zövcəsini heyzdən sonra yaxınlıq etmədiyi təmizlik vaxtında bir talaq ifadəsi ilə boşasın. Buna uyğun olmayan talaq isə bidət (şəriətə uyğun olmayan) talaq sayılır. 

ardını oxu
09-02-2025
Salam Aleykum Mən Youtubda Yemək reseptləri paylaşıram və qollarım istər istəməz videolara düşür bu icazəlidirmi?
Cavab:

Va aleykum Salam. İstər videoda olsun, istər canlı, qadının qollarının biləkdən yuxarı hissəsini naməhrəmin görməsi haramdır. Ətraflı oxuyun:

ardını oxu
09-02-2025
Salam səhif səcdəsi 2 mi səcdə etdim birmi şüpheye düşen yenidenmi qılmalıdır namazı
Cavab:

Və aleykum Salam. Səhv səcdəsində edilən səhvə görə əlavə səhv səcdəsi edilmir. İnsan səhv səcdəsində etdiyi səcdələrin sayını unudarsa, ən çox ehtimal olunana əsaslanaraq namazını tamamlamalıdır. Yəni əgər daha çox bir səcdə etdiyini zənn edirsə, əlavə səcdə edib namazını tamamlamalıdır.

ardını oxu
09-02-2025 Anonim
Hər vaxtınız xeyir. Sizə bir sualım var? Heyvan illəri bəzi saytlarda yazılıb ki doğru çıxır. Məsələn həmin ilin insanların araşdırıllar bir çox insanı görürlər ki o ilin xüsusiyətləri var o adamda. Yəni hər ilin insanın yığıblar bir yerə görüblər ki bu xüsusiyət var o insanda.
Cavab:

Əssələmu aleykum. Bu cavabı oxuyun:


Çin astrologiyasına inanmaq olarmı?
ardını oxu
09-02-2025 ..........
Salam aleykum men quran herflerin oyrenmek isteyrem in şəə Allah amma tenbellik edrem sanki icim de nese mane olur bilmirem imanimi sorgulamiyam yeni nece edim bilmirem oyrenmek isteyrem mene sanki oyrene bilmiyecem nese cetin kimi gelir bilmirem ne mane olur
Cavab:

Və aleykum Salam. Quran oxumağı öyrənmək ən fəzilətli əməllərdən biridir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu xüsusda belə buyurur: "Sizin ən xeyirliniz Quranı öyrənib, sonra da onu insanlara öyrədəndir". (əl-Buxari, 4739, 5028). Bu barədə ətraflı oxuyun:

ardını oxu
09-02-2025
Əssələmu Aleykum. Bilirəmki yaxşı bidət yoxdur. Cümə günü ikinci dəfə azan verilməsi, məscid minarəsi olması, camaat təravih qılmaq: mənə atılan videoda yaxşı bidət olaraq adlandırılır. Necə izah edə bilərəmki yaxşı bidət yoxdur?
Cavab:

Və aleykum Salam.

ardını oxu
07-02-2025 Anonimm
Salam Alaykum.Men destamazdan qabaq butun ehtiyaclarmi oduyirem.ama namaz vaxti namaz qilanda qaz cixarmaqim gelir.herdende wupeye duwuremki goresen pozuldu ya yox deye.Ama namazmi o halla davam edirem.Bu hal namazi batil edirmi?birde herden weytan oqede vesvese verirki namazmi terk ede tekrar tekra
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
07-02-2025 Fani dünya
Salam mən özümü çox günahkar hissedirəm. Allahın birliyi haqqında ağlıma çox pis fikirlər gəlir və mən bunları dayandıra bilmirəm. Artıq depressiya vəziyyətinə düsmüsəm. Vəsvəsə çox gəlir şirkə girməkdən çox qorxuram nə edim mən
ardını oxu
07-02-2025 N
Esselamu Aleykum. Bizim boşandığımız yoldaşımız artıq bizim üçün diger namehrem kişilerin hökmündedir elemi? Artıq adi söhbet bele ederek yazışmağımız düzgün deyil mi?
Cavab:

Və aleykum Salam. Bəli, ər-arvad boşandıqdan sonra artıq bir-birlərinə naməhrəm sayılırlar və qadının boşandığı əri ilə danışması, yazışması və ya təklikdə qalması qadağandır. Həmçinin oxuyun:

ardını oxu
07-02-2025 Aybeniz
Salam mende her gun qarnimda yel olur her namazda temizlenirem ama namaza duranda cetin qiliram zorla saxliyiram yeli yani diyeceksiz yellnen namaz olmaz ama yelden ne geder temizlensem yenede yel gelir namaz esnasinda cox cetin duruma dusurem zorla sixiram ozmu rahat qila bilmirem sonra yel cixmiş
Cavab:

Və aleykum Salam. Əgər normal halda, yəni namazdan xaricdə yel çıxmaq kimi bir probleminiz yoxdursa, demək ki, namaz əsnasında sizə gələn sadəcə vəsvəsədir. Əgər namaz əsnasında sizə belə bir vəsvəsə gələrsə, səs eşitməmiş və ya qoxu hiss etməmiş namazdan çıxmayın. Bu barədə ətraflı oxuyun:

ardını oxu
07-02-2025 Vaqif
Salam sessiz namazlarda ve yahud sesli fergi yoxdu birden caşanda qezeb qelir ureyimde ayda niye bele oxudum deyib ozme gelirem ki olmaz namazda bele danişmaq yani ureyimde bunlar namazi pozur?
Cavab:

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, namazda ürəkdən keçən fikirlər və ürəkdə danışmaq namazda danışmaq sayılmır və bu, namazı pozmur. Belə olan halda namazdan çıxmayın və namazınızı davam edin. Ətraflı oxuyun:

ardını oxu
05-02-2025 Qasımov Ramil
Salam, axşamınız xeyir. Men şam namazını qılmadan evvel destemaz alarken çay evinde idim ve orada ayağımı rahat şekilde yuya bilmeyeceyimi düşündüyüm üçün corabın üstünden mesh çekdim. Destemazim ve namazim batil deyil ki?
Cavab:

Və aleykum Salam. Əgər corab dəstəmazlı halda geyinilibsə, bu corabın üzərinə məsh çəkmək icazəlidir və namaz da səhih sayılır. Əgər dəstəmazlı halda geyinilməyibsə, bu corabın üzərinə məsh çəkmək icazəli deyil, dəstəmaz alıb bu namazı yenidən qılın.

ardını oxu
05-02-2025 K
Əssələmu Aleykum.ozumu o qeder qinayiram ki hemse beynimdə bu fikirlərlə dolaşiram men Allaha yaxsi ibadet ede bilmirem o qeder bendələr varki imani o qeder gucludiki ozumu onlarla muqayise edende elebil lap alt tebeqede gorurem ozumu Əlhəmdulilləh hər bir ibadəti Allahin komeyile edirem lakin beyn
Cavab:

Və aleykum Salam. Müsəmanın özünü Allah qarşısında müqəssir bilməsi yaxşı əlamətdir, lakin bu insanı Uca Allahdan ümidini kəsməsinə gətirib çıxarmamalıdır. Allahdan ümidi kəsmək günahdır və bu kafirlərin sifətidir. Ümidsizlik şeytandandır. Daha ətraflı:

ardını oxu
05-02-2025 Anonim
Salam sene halal olmayan adamin elinden tutmaq zina sayilirmi.
Cavab:

Və aleykum Salam. Qadının ona naməhrəm olan adamın əlindən tutması haramdır və bu zinaya aparan bir əməldir. Ətraflı oxuyun:

ardını oxu
05-02-2025
Ölən adama halallıq verməmək
Cavab:

Əssələmu aleykum. Əgər bir kəsin ölən insan üzərində haqqı varsa, öldükdən sonra ona halallıq verməsi vacib olmasa da, bu, bəyənilən bir əməldir. Haqsızlığa məruz qalan insanın haqqını halal edib-etməməsi özünə aiddir.

ardını oxu
05-02-2025 Hüseyn
Salam. Müsəlman əgər bir kəsin əlindən şərab şüşəsini alıb sındırarsa, təzminat ödəməlidirmi? Burada iki halı da nəzərə alıb cavab verməyiniz xahiş olunur: digər şəxsin qeyri-müsəlman və ya müsəlman olmağı bu münasibətdə və hüquqi tədbirin xarakterində əhəmiyyət daşıyırmı?
Cavab:

Və aleykum Salam. Sərxoşedici içki haram olsa da, bir müsəlmanın başqasının mülkü olan şərab şüşəsini əlindən alıb sındırması icazəli deyil. Fərq etməz istər şüşə sahibi müsəlman olsun, istər qeyri-müsəlman. Əgər belə bir əməl edərsə, o zaman təzminat ödəməlidir.

ardını oxu
04-02-2025 Gunel
Salam.. Men kebinimi pozmaq isteyirem. Ama qarwi terefle munasibetim coxdan kesilib ozude burda yawamir yeni elaqemiz birdefelik kesilib qarwi teref olmadan men kebini nece poza bilerem ..cunki aile qurmaq isteyirem
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
04-02-2025 Kamal
Qadın əgər əri qəflətən ölübsə avtomatik olaraq dul sayılır və onunla evlənmək olar? Bu halda kəbini qeriyə oxutdurmaq lazım deyil ki?
Cavab:

Əssələmu aleykum. Əri vəfat edən qadın dörd ay on gün gözləməlidir. Bu müddətdən sonra o başqası ilə ailə qura bilər. Kəbini isə geri oxutdurmağa ehtiyac yoxdur. Ətraflı oxuyun:

ardını oxu
04-02-2025 Rafiq
Salam menim birdene sixintim var oda baqirsaqda köp ve qaz yani saxliya bilmirem problemi yoxdu problem ondadiki her namaz vaxdi men temizlenirem ama yenede qaz qelir yenede temizlenirem namaza qiren kimi yenede qelir ama sixmaq mecburiyetinde qaliram cunki bu bitmir.
Cavab:
ardını oxu
04-02-2025 Rəvan
Əs Salam Aleykum Qardaş bir bacı və qardaş kəbin kəsib Toyları avqusta olacaq Bəziləri deyir ki kəbin kəsdikdən sonra 1 ay içinde toy olmalıdır Bəziləridə deyir şəriət 6 ay müddətində deyib Bunların toyu olacaq avqusta onda bunların kəbini düşürmü?
Cavab:

Və aleykum Salam. Kəbin kəsdikdən sonra bir ay müddətinə toyun olması vacib deyil. Qadının öz ərindən altı ay və ya daha artıq ayrı qalması isə kəbini pozmur. Ətraflı oxuyun:

ardını oxu
04-02-2025 Ayna
Salam aleykum men bir şey oyrenmek isteyirem men her yuxu qordukden sonra deqiq bilmediyim ucun qusul aliram. Mene izah ede bilersiz mani mezi bunlar nece olur?
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:


Yuxuda intim şeylər görən qüsl etməlidirmi?
ardını oxu
01-02-2025 Nigar
Namazda iqaməni demək vacibdirmi?
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
01-02-2025
Salam qüsl aldıqdan sonra arxa ifrazat orqanında nəcisin olduğu bilinsə qüsl pozulur?
Cavab:

Və aleykum Salam. Qüsl aldıqdan sonra övrət yerində və ya arxa hissədə nəcasətin olduğunu bildirkdə qüsl pozulmur, sadəcə, nəcasəti yumaq və dəstəmaz almaq kifayətdir. Həmçinin oxuyun:

ardını oxu
01-02-2025 Qurban
Salam aleykum men cenabet quslu aldiqdan sonra bedenimi sabunla ve basimi sampunla yuyuram ama esas niyyetim qusl almaq olur quslden sonra sampun ve sabun istifade ederek yuyunmaq olarmi?
Cavab:

Və aleykum Salam. Qüsl aldıqdan sonra bədəni sabunla və ya başı şampunla yumaq icazəlidir. Sadəcə diqqət edin ki, qüsldən sonra dəstəmazı pozan hallar baş verməsin. Əgər qüsldən sonra yuyunarkən dəstəmazı pozan hal baş verərsə, sonda yenidən dəstəmaz almaq lazımdır. Həmçinin oxuyun:

ardını oxu
01-02-2025
Salam.Men namaza yeni gelmişem.men silinmeyen lak vurdum.yalniz sedef hissesine çekmedim destemaza gore.bilmek isteyerdim sehv eledim ?yoxsa icaze olar?
Cavab:

Və aleykum Salam. Namaz qılan qadının ümumiyyətlə dırnağına lak vurması doğru deyil. Çünki dəstəmaz alarkən dırnaqda olan lak suyun dırnağa dəyməsinə maneədir. Dəstəmazın isə şərtlərindən biri budur ki, dəstəmaz əzalarının hər yerinə su dəyməlidir. Ətraflı oxuyun:

ardını oxu
01-02-2025
Keçmişdə insanlar hökmdarlarına təzim edir, baş əyir, əlini falan öpürdülər. İslamda bu cür davranışlar haram sayılır? Yoxsa icazəlidir? Rəşidi xəlifələrin dövründə bunlar olub?
Cavab:

Əssələmu aleykum. Baş əyərək təzim etməyə gəlincə, İslamdan əvvəlki ümmətlərdə bu icazəli sayılsa da, dinimizdə qadağan edilmişdir. Necə ki Yusufun (ona salam olsun) qardaşları ona təzim edərək baş əymişlər. Uca Allah bu xüsusda buyurur: "O, ata-anasını taxtın üs­tündə əy­ləşdirdi.

ardını oxu
31-01-2025 Kamran
Assalamu aleykum kimler namehrem sayılır qohumlarda ? Yeni kimlerle görüşmek olmaz?
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:


Məhrəm və naməhrəm kimlərdir?

ardını oxu
31-01-2025 Aygün
Salam 1 yaşı olmayan uşağın adına yasın quran oxutmaq olar? Qəbridə bilinmir hardadı
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
31-01-2025
Salam. Rükuda barmaq uclarina baxilir yoxsa iki pəncə arasina? Birdə oturuşda dizlərə baxilir yoxsa qucağa?
Cavab:

Və aleykum Salam. Rükuda və oturuşda səcdə yerinə baxılır. Ətraflı oxuyun:

ardını oxu
31-01-2025 Konul
Salam men 9-10ildi evliyem problem mendedi folekullarinin keyfiyyeti yoxdur.hekimler ise donor folekul meslehet gorurler ..Ana olmaq ucun bawqa wansim yoxdur bilmek isteyirem ki ,donor folekul yeni donor yumurta haramdir yoxsa halal...yoldawimin spermi ve bawqasinin yumurtasi ile hamileliyi tebii
Cavab:

Və aleykum Salam. Dinimizə görə başqa qadının folekullarından istifadə edərək süni mayalanma etdirmək qadağandır. Ətraflı oxuyun:

ardını oxu
31-01-2025
Salam.Zehmet olmasa menim de sualima baxin.Men yuxuda intim sheyler gorurem.Qusl aliram ve seheri gunu yuxusan duranda axinti gorurem.Bu meni cox narahat edir.Yasayis yerim soyuqdu.Her gun qusl almaq olmur.Subh namazina umumen ne qusl ne destnamaz ala bilmirem.Sular donur cunki.Mene bir dua oyrede b
Cavab:

Və aleykum Salam. Yuxuda şəhvət hissinin oyanması heç də həmişə qüslü vacib etmir. Əgər şəhvət hissi ilə yanaşı insan cənabətli hala düşərsə - ihtilam olarsa və yuxudan oyandıqdan sonra axıntı görərsə, bu halda qüsl etmək vacib olur.

ardını oxu
30-01-2025 Leyla
Subay bir qızın bext yollarını bağlamağın cezası nedir?
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
30-01-2025 Revanə
Salam aleykum Mənim yoldaşım namaz qilir vardi vaxdin da orucun tutur lakin sosial şebekelerde qizlar la danişiram ve bu mene çox pis tesir edir onun mene demiyi onlara dediyi xoş sözleri görende qisqancliq meni öldürür o ise her defe sinde meni günahkar bilib özüne haqq qazandirir ve heç ne olmam
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
30-01-2025
Salam aleykum, hər vaxtınız xeyirli və bərəkətli olsun. Bir sualım var və dini baxımdan doğru cavab almaq istəyirəm. Əgər bir ata 18 sot torpaq sahəsini bölmək istəyirsə və bu torpaq mülkdür (ev deyil), o zaman bu sahəni 3 oğul və həyat yoldaşı arasında necə bölməlidir? Ata, sağlığında 1/3 hi
Cavab:

Va aleykum Salam. İnsan sağlığında öz mülkünün üçdə bir hissəsinə qədəri istədiyi kəsə sədəqə verə bilər. İnsan vəfat etdikdən sonra yerdə qalan mülkü şəriətin buyurduğu qaydada varislər arasında bölünür.

ardını oxu

Pages