Quran ayələrini suya oxuyub ətrafa çiləmək icazəlidirmi?
Və aleykum Salam və rahmətullahi va bərakətuhu. Xəstəlikdən şəfa tapmaq və ya evi cadudan təmizləmək məqsədilə Quran ayələrini, zikr və duaları suya oxumaq barədə Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) birbaşa dəlil yoxdur. Buna baxmayaraq İslam alimləri Peyğəmbərin (salləllahu aleyhi və səlləm) xəstəyə Quran ayələrini, zikr və duaları oxuması haqda olan ümumi dəlillərə əsaslanaraq buna icazə vermişlər. Həmin dəlillər arasında bu hədisi misal gətirmək olar. Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) xəstələndikdə, şərdən qoruyan surələri ("əl-İxlas", "əl-Fələq" və "ən-Nas" surələrini) özünə oxuyub üfürərdi. Xəstəliyi şiddətləndikdə isə mən bu surələrin bərəkətini Uca Allahdan umaraq onları onun üçün oxuyub əllərini bədəninə sürtərdim". (Səhih əl-Buxari, 5016). Həmçinin oxuyun:
Allahın kəlamı ilə müalicə
Cadudan necə qorunmaq olar?
Bəzi ruqyə ayələri