İşləmək məqsədilə qeyri-müsəlman ölkələrinə getmək olarmı?
Va aleykum salam. İşləmək məqsədilə aşağıdakı şərtlərə riayət edərək qeyri-müsəlman ölkələrinə getmək icazəlidir:
1) Bunu edən müsəlman dinini qoruyacaq dərəcədə elmə və imana sahib olmalıdır. Çünki müsəlman qeyri-müsəlman ölkələrində İslam dininə qarşı şübhələr, fitnələr və haramlarla qarşılaşa bilər. Əgər o, bu fitnələrdən onu qoruyacaq elmə və imana sahib olmazsa, dinini itirmək və ya haramlara düşmək təhlükəsi ilə üzləşə bilər.
2) Qeyri-müsəlmanları özünə dost tutmaqdan çəkinməlidir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz" (əl-Maidə, 51).
Lakin kafirlərlə yoldaşlıq etmək icazəlidir. Çünki dost tutmaqla yoldaşlıq etmək bir-birindən fərqlənir. Dostluq sevgi və yaxın münasibət üzərində qurulur.
3) Dini yaşamağa, namazları qılmağa və İslamın əmrlərini həyata keçirməyə maneə olmamalıdır. Əgər gedəcəyiniz ölkədə İslam dininə qarşı təzyiq varsa və orada ibadətlərinizi rahat yerinə yetirə bilməyəcəksinizsə, bu halda o ölkəyə getmək olmaz.