Qadın ağlından "heyz olsam orucu açaram" keçirərsə, orucu pozulurmu?

    28.03.2026
Kimdən: 
K
Sual: 
Əssələmu Aleykum.men oruclu halda heyz agrilarim olurdu yeni başlamasina az qalmişdi fikrimden kecirdim ki agri olanda mende heyzde baslayir başlasa orucu acaram amma o gun qan gelmedi men oruca davam etdim megrib girdikden sonra acdim sizce menim orucum pozulmuş sayilirmi ele fikirləsdiyim ucun men əle bildim agrim olanda heyzim baslayacaq cunki hemse ele olurdu. Birde men namaz qilanda balaca usaqlarim qabaqdan kecirdi qaca qaca men axrinci təşehhuddə idim qutardim salam vermemişden qabaq her ikisi sağ ve sol qolumla iteledim namazim batil olubmu?
Cavab: 

Və aleykum Salam.

1) Sadəcə "heyz olsam orucu açaram" düşüncəsi orucu pozmur. Odur ki o günün orucu sizdə səhih sayılır. 


2) Namaz qılarkən kiçik uşaq olasa belə, qarşıdan keçməyə mane olmaq lazımdır. Namaz qılan insanın qarşıdan keçmək istəyəni əli ilə saxlayıb ona mane olması namazı pozmur. Odur ki namazınız da səhihdir. Həmçinin oxuyun:

Paylaş: