Namaz qılarkən üç yaşlı uşağın qarşıdan keçməsi günahdırmı?

    12.04.2023
Kimdən: 
Seva
Sual: 
Salam aleykum .Menim qızım namaz qılarken secdeyi götürür mene mane olur hemise.secdeye eyilene yaxon özü gelir qarşımda durur sözleri bir iki dənə deyir eyilir.men amma namazı pozmuram secdesiz alimi yere qoyub davam edirem .uşağın üç yaşı var bunun günahı nedir.Mene günah yazılır mı ? Uşaqdı özüm de tek oluram evde yoldaşım işdə olur deye uşağı tapsracagim bir kimsem yoxdu .Evvelceden çox sağolun minettdaram suallarıma etrafli cavab verdiyiniz üçün .Sadəcə çox narahatam ki ,namazımi bilmirem yarıda kesmek günahdır ,yoxsa ki secdeni götürse bele davam etmek.bilmirem nə edim zehmet olmasa mesleeht vererdiz .minnetdaram .
Cavab: 

Va aleykum Salam. Sualda "səcdə" dedikdə nəyi nəzərdə tutduğunuzu başa düşmədik. Əgər möhürü nəzərdə tutursunuzsa, nəzərinizə çatdıraq ki, möhürlə namaz qılmaq düzgün deyil. Bu barədə ətraflı oxuyun:


Əgər "səcdə" dedikdə canamazı (namaz xalçasını) nəzərdə tutursunuzsa, namaz əsnasında canamzın götürülməsi namaza xələl gətirmir. O ki qaldı namaz qılarkən uşağın sizin qarşınızda dayanması, belə olan halda namazdan çıxmayın. Çalışın uşaq səcdə etdiyiniz yeri ayaqlamasın. Səcdə yerindən aralıda dayanması və ya keçməsi isə namazınıza təsir etmir. Namaz qılarkən qarşınıza sütrə qoyun. Sütrə barədə ətraflı oxuyun:

Teqlər: 
Paylaş: