Allaha dua edərkən kəramət sahiblərinin xətrini vasitə tutmaq olarmı?

    09.06.2014
Sual: 
Salam aleykum.Men pirlere inanmiram,amma onlarin keramet sahibi olub olmamalari haqda melumatim yoxdur.Televizorda bir ilahiyyatchi danishirdi,o dedi ki.'' Quranda yazilib:Allaha her hansi vasitelerle yaxinlahin''.Bu haqda El Maide suresinde var?yeni Allaha dua ederken pirlerin ,imamlarin,peyqemberlerin xatirine mene komek ele deye dua etmek olarmi?keramet sahiblerinin yeni
Cavab: 
Və aleykum Salam. Peyğəmbərlərin (aleyhimis-sələm) və ya kəramət sahiblərinin xatirinə və yaxud hörməti ilə Allahdan nəsə istəmək icazəli deyil. Düzdür, peyğəmbərlərin və əməlisaleh bəndələrin Allah yanında xətirləri böyükdür. Amma Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) nə özü belə etmiş, nə də belə etməyi buyurmamışdır. Quranda və səhih hədislərdə buna aid heç bir göstəriş yoxdur. Əksinə, Uca Allah buyurur: "Ya Rəsulum! Əgər bəndələrim Məni səndən soruşsalar söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər". (əl-Bəqərə, 186); "Biz ona şah damarından da yaxınıq". (Qaf, 16). Bu əməlin heç bir dini əsası olmadığı üçün bidət və ən böyük günah olan şirkə aparan yol sayılır. Belə ki, kəramət sahiblərinin vasitəsilə Allaha dua edənin dini bilgisi az olduğundan onun şirkə düşmək ehtimalı çoxalır. Həyatda olan, duasının qəbul olunma ehtimalı yüksək olan müsəlmandan Allaha dua etməsini xahiş etmək olar. Səhabələr (Allah onlardan razı olsun) Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ölümündən sonra quraqlıq vaxtı yağış yağması üçün Allaha dua etmək üçün Peyğəmbəri (Allahın ona və ailəsinə salavatı və salamı olsun) vasitə tutmadılar. Onlar Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) həyatda olan əmisi Abbasdan (Allah ondan razı olsun) Allaha dua etməsini xahiş etdilər. (əl-Buxari). 

O ki, qaldı əl-Maidə surəsindəki "vəsiləyə", burada da məqsəd kəramətli insanların xatirinə və ya hörmətinə deyil, əksinə itaətlə və Uca Allahın sevib razı qaldığı əməllərlə yaxınlaşmaq nəzərdə tutulur. Ayədə buyurulur: "Ey iman gətirənlər! Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün) vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız". (əl-Maidə, 35). Göründüyü kimi ayədə söhbət cihaddan gedir. Həmçinin oxuyun:
Bidət nədir?
Şirk nədir?

Teqlər: 
Paylaş: