06-04-2024
Salam Aleykum..Zəhmət olmasa Əl-Ğaşiyə surəsinin yazılışını və oxunuşunu yazardız..Cox sağolun Allah razı olsun
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:


əl-Ğaşiyə surəsinin oxunuşunu yaza bilərsiniz?

ardını oxu
05-04-2024
Salam aleykum mən az yaşlıyam və neçə ildir ki qız sevirəm və onan sevgiliyik ailələrimizdə bilir və icazə veriblər biz ailə qurmaq üçün sevgili olmuşuğ zina və ya başqa bir şey üçün yox amma biz bir birimizə toxunuruq burda səhv bir şey varmı?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
05-04-2024
Salam alaykum.ALLAH sizdən razı olsun . Sualım idman edərkən qiran dinləyəy olarmı? Qaçarkın və yaxud başqa məşqlər edərkən.
Cavab:

Və aleykum Salam. Əgər idmanla məşğul olmaq Quranı dinləməyə mane olmursa, bu halda Quranı dinləmək icazəlidir. Həmçinin oxuyun:

ardını oxu
05-04-2024 Aynur
Salam Aleyküm. Menim bacimgilin qonşusu var imkanları çox zəifdir men zekat pulumu bacıma versem menim yerime ərzaq alıb zəkatı o verse sayılırmı? Yoxsa özum öz elimle verməyim dahami uyğundur? Cavablasaz sevinerem indiden teşekkürler
Cavab:

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, illik çıxarılan malın (pulun) zəkatı pul şəklində verilir. Bu barədə ətraflı oxuyun:

ardını oxu
05-04-2024
Salam.Bu sualimi cavabliyin xahis edirem.Bezi menbelerde muxtelif dua ya da surelerin mueyyen sayda oxunmasi ile dualarin qebul olacagi qeyd olunub.Meselen 7 defe Inshirah suresini oxuyanin Allah her dileyini qebul eder seklinde.Bu informasiyalar sehihdirmi? Heqiqeten hacet dualari varmi?
Cavab:

Və aleykum Salam. Duaların qəbul olması üçün Quranın müəyyən surələrini müəyyən sayda oxumaq barədə rəvayət olunan hədislər zəifdir. Duaların qəbul olması üçün səhih hədislərdə rəvayət olunan vaxt və maqamlar bunlardır:

ardını oxu
05-04-2024
Salam eger bir kiwi Heyat yoldawina qadinina xeyanet edirse qadinda bunu bilirse neylemelidi? Qadinda buna gore onunla soyug reftar edirse yaxinliq qurmaq istemirse gunahdi? Gunahtisa niye axi gunahti o kiwi etikleri sebeblere gore bele edir!?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
04-04-2024
Oruclu ola ola qüsl almaq olar mı?
Cavab:

Əssələmu aleykum. Bu cavabı oxuyun:


Oruclu ikən qüsl almaq və ya adi yuyunmaq orucu pozurmu?

ardını oxu
04-04-2024 Naz..
Salam, iftarı gec etmək günahdırmı?
Cavab:

Və aleykum Salam. İftarı daxil olduğu vaxtdan gecikdirmək Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsinə, yoluna müxalif bir əməldir. Ətraflı oxuyun:

ardını oxu
04-04-2024 Mahir Paşazadə
Salam Men telebeyem.Her gün kollece 40km yaxin yol gedib gelirem.Yeni rayon deyişdirirem.seher 7 de gedirem axsam 4de gelirem.Menim tutduğum oruc qebuldur?
Cavab:

Və aleykum Salam. Bəli, tutduğunuz oruc doğrudur. Ətraflı oxuyun:


Səfərdə tutulan oruc düzgün sayılırmı?
ardını oxu
04-04-2024 Cosqun
AsSalamuAlaikum. Ramazanda tek sheytanozu zincirlenir yoxsa sheytanin ordusu da?
Cavab:

Və aleykum Salam. Ramazan ayı girdikdə bütün şeytanlar zəncirlənir. Həmçinin oxuyun:

ardını oxu
04-04-2024 Kisi
Salam oruc olan zaman xanıma toxunub onu qucaqlamaq elini tutmaq olarmi?
Cavab:

Və aleykum Salam. Əgər sualda naməhrəm qadınlar nəzərdə tutulursa, naməhrəmə toxunmaq haramdır və oruclu insan haram əməllərdən çəkinməlidir.

ardını oxu
04-04-2024 Sevinc
Salam Aleykum Dırnaq düzəltdirib sonra həmin dırnaqlarla oruc tutmaq olarmı? Yəni əldə taxma dırnaq olduğu halda oruc tutmaq orucu pozurmu?
Cavab:

Və aleykum Salam. Süni dırnaq qoymaq icazəli deyil, lakin bu oruca təsir etmir. Bu halda tutulan oruc sayılır. Ətraflı oxuyun:

ardını oxu
03-04-2024 Qadin
Salam cox xaish edirem komek edin men abort olmusham 20 gunnen coxdu abortdan sonra ifrazatlar geldi nece gun bitti ve nifas qusulu aldim sonra cinsi elaqeden sonra yene qan geldi az miqdarda dayandi olmadi hechne yene nifas qusulu aldim yalniz cinsi elaqede olan gelir o qan biraz seheride cuzi ge
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
03-04-2024 Ayşən
Salam Aleyküm Bir sualım olacaqdı Namaz qılan biriyem ama son 1 ay olar Namazımdan uzaq biriyem yani her azan verilende deyirem namaz qilacam sonra Namaz qilmaqa gedende ireli getmek evezi geriye gedirem Nese qarişimda engel var ama bilmirem nedi sizce sebebi nedir xahis edirem bir cavab verin
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
03-04-2024 Aygun
Salam men namaz qilirdm ve bir ara kesdim qila bilmedm Ve isdirem yeniden qilm Tezeden nece qilm Nece bawdiyim?
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
03-04-2024
Salam, üzr isteyirem men nişanlıyam,bilmek isteyirdimki oruclu iken nişanlımla el ile salamlaşa bilerem
Cavab:

Və aleykum Salam. Nişanlılar kəbin kəsdirmədikləri müddətdə naməhrəm olduqları üçün əl-ələ tutmaqları haramdır. Ətraflı bu cavabı oxuyun:

ardını oxu
03-04-2024
Salam Aleykum. Yeni aile qurmus qadin 40i cixmamis namaz qilib oruc tuta bilermi ?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
01-04-2024 Orxan
Salam Aleykum.1) Cənabət qüslü aldıqdan sonra corab geyinib məsh çəkmək olar? Dəstamazı əvəz etdiyinə görə. 2) Lə iləhə iləllah ən üstün zikr olduğu üçün Allaha ən çox yaxınlaşdıran və ən çox savabı olan zikrdir? 3) İki corab geyinəndə məsh necə çəkilir?
Cavab:

Və aleykum Salam. 


1) Bəli, cənabət qüslü etdikdən sonra corab geyinib növbəti dəstəmazda üzərinə məsh çəkmək icazəlidir. Ətraflı oxuyun:




2) Bəli, "Lə İləhə İlləllah" zikri Allaha yaxınlaşdıran ən fəzilətli zikrlərdən biridir. Ətraflı oxuyun:

ardını oxu
01-04-2024 Leyla
Heyz bitennen neçe gün sonra qüsül alınır
Cavab:

Əssələmu aleykum. Qadın heyzdən təmizlənəndən dərhal sonra qüsl edib namaza başlamalıdır. 

ardını oxu
01-04-2024
Salam aleykum mən artıq 14 ildi ki evliyəm yəni ibadət etmədiyim dövrdə evlənmişəm amma kəbin vliliyim yoxdu mən necə edə bilərəm yenidən kəbin kəsdirməliyəm?
Cavab:
ardını oxu
01-04-2024 Munzir
Əs Sələmu aləykum.Ramazanin orucunun bilərəkdən pozmaqin hökmü nədir ? Bu oruc qəza edilir yoxsa artıq tutulmur ? Bildiyimə görə Müasir alimlərə görə artıq tutulmur cumhur alimlərə görə isə tövbə edib tutulur hansı haqqa yaxındır?
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
01-04-2024 Mubil
Salamaleykum salami negeder tez tez bur insana verilmelidi
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:


"Sizə salam olsun!"
ardını oxu
28-03-2024 Zerife
Orucluqda qədr gecələri xaric digər günlərdə həri etmək olarmı?
Cavab:

Əssələmu aleykum. Orucluqda toy, nişan və ya hər hansı xeyir iş etmək icazəlidir, lakin gündüz vaxtı yeyib-içmək məclisi vermək düzgün deyil.

ardını oxu
28-03-2024 GÜLANƏ
Salam sualima xaiw edirem cvb veri. 4 ildi aileliyem hergum evde dava gedir ele bir gunum yoxdu yoldawim meni soymesin Ekizlere hamileyem evde herkes deyirki uwaglari aldir. Bawqa yolum yoxdur onlari dogub boyudecek arxam dayagimda yoxdu.
Cavab:

Və aleykum Salam. Əvvəla Uca Allahdan sizə səbir diləyirik. Uca Allah sıxıntılarınızı aradan qaldırsın və sizə hər bir çətinlikdən çıxış yolu qoysun. 

ardını oxu
28-03-2024
Salam, məni üzürlü hesab etməyinizi xahiş edərək sualımı vermək istəyirəm. Mən heyzli olduğum müddətdə yoldaşımla münasibətdə olmamışıq, haramdır deyə gözləmişik.
Cavab:

Və aleykum Salam. Heyzdən təmiləndikdən və qüsl aldıqdan sonra qadından gələn qəhvəyi və ya tünd sarı axıntı heyz sayılmır. Bu barədə ətraflı oxuyun:

ardını oxu
28-03-2024 K
Əssəlamu Aleykum və Rəhmətullah. Gecə namazini tək vitr namazi qilmaq olarmi? yəni bu gece namazi sayilirmi? yoxsa mutleq 2 2 qilmaq lazimdir?
Cavab:

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. 


1) Gecə namazı gecə qılınan nafilə namazına deyilir. Gecə qılınan vitr namazı da gecə namazı sayılır. Həmçinin oxuyun:

ardını oxu
22-03-2024
Salam hərvaxtınız xeyir. Mənə maraqlı olan suallardan biridə budur ki, niyə görə saçlar boyanırkən qüsl, dəstəmaz qəbul olunur, dırnaqlar rənglənəndə olmur? İkisidə bədəndən kəsilib atılan birşeydi. Dırnağın üstü örtüldüyü kimi, saç da boyandıqda örtülür.
Cavab:

Və aleykum Salam. Saç boyası ilə dırnaq boyası tamamilə fərqlidir. Saç boyası saçda hər hansı bir təbəqə yaratmır, sadəcə saç bu boyanı canına çəkir. Dırnaq boyası isə belə deyil, bu boya dırnaqda bir təbəqə əmələ gətirir və bu təbəqə suyun dırnağa təmas etməsinə mane olmur.

ardını oxu
22-03-2024
Salam eleykim size sualim beledi: 1) men dostumla kusem danismiriq uz uze gelende bir birimize baxmiriq barismaq ucun ona yazmisdim ama cvab vermemisdi dimek olarki 80 gunden coxdu neyniye bilerem? 2) mescide basi aciq daxil olmaq olar?
Cavab:

Və aleykum Salam. 


1) Bu cavabı oxuyun:

ardını oxu
22-03-2024 Anar
Salamun Aleykum. Gece yatanda doğrudanmı ruh bedenden çıxır?
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:


Yatanda ruh bədəndən çıxırmı 

ardını oxu
22-03-2024 Kamil
Salam aleykum. Namaz qılarkən hərdən pişiyim gəlib qucağımda oturur. Belə olduqda ayağa qalxa bilərəm yoxsa pişiyin düşməsini gözləməliyəm?
Cavab:

Və aleykum Salam. Belə halda pişiyin düşməsini gözləməyin, namazı tamamlamaq üçün ayağa qalxın.

ardını oxu
22-03-2024
İmam Hüseyn Ne vaxt vefat edib
Cavab:

Əssələmu aleykum. Bu cavabı oxuyun:


Hüseyn haqqında ətraflı məlumat yaza bilərsinizmi?
ardını oxu
19-03-2024
Salam bir sualim olacaqdi evliyem lakin yoldasimla elaqemiz olmir 5-6 aydan bir olur. Mende istey hedinen artix coxdu bu sebebden elnen bosalma.etmek.gunah sayilir
Cavab:

Və aleykum Salam. Xeyr, əllə boşalmaq heç bir halda icazəli deyil. Ətraflı oxuyun:


İstimna etməyə icazə verilir?

ardını oxu
19-03-2024
Salam Aleykum rahimatullahi imam Buxari fiqhi olaraq hansı mezhebde olub. Allah razı olsun assalamun aleykum rahimatullahi va barakatuhu
Cavab:

Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu. İmam əl-Buxarinin (Allah ona rəhmət etsin) fiqh elmində özünə xas məzhəbi olub. O dörd məzhəbin heç birinə təqlid etməyib. Çünki o ictihad etməyə qadir bir alim olub.

ardını oxu
19-03-2024
Əs-Sələmu aleykum. Sizdən tam qəti və dəqiq cavab istəyirəm,xaiş edirəm ki link-lə cavab verməyin.Mən məzhəblər mövzusunu sizin saytda araşdırdım və sizin bildirdiyini görə məzhəb seçmək (şiə,sünnə,hənəfi,cəfəri,şafii,hənbəli və s.) olmaz.Məndə tam özümə nə şiə,nə sünnə,nə hənəfi,yalnız özümü müsəl
Cavab:

Və aleykum Salam. Bu cavabları oxuyun:

ardını oxu
19-03-2024
Salam aleykum.Qardaş hər il dəyişəndən sonra Allahdan o ilin bərəkətli,xeyirli və s. keçməsi üçün dua etmək olar? Yəni ki,hər il il dəyişən vaxtın sabahısı bu duanı etmək bidətdir? Yoxsa bidətlə əlaqəsi belə yoxdur? Bu cür duanı xüsusikəşdirmək yəni.Cavaba görə CəzəkAllahu Xayran
Cavab:

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, İslamda il yanvar ayının 1-i deyil, Məhərrəm ayının 1-i dəyişir. İlin dəyişməsində müsəlman üçün ibrət vardır. İnsan özünü hesaba çəkməli il ərzində etdikləri əməlləri nəzərdən keçirməlidir.

ardını oxu
19-03-2024 Allahqulu
Salam yazmısız ki,teqiyye münafiqlerin emellerindendir. Quranda sehabe- emmar yasirin ve ya asiya xanımın fironun yanındaa imanını Qoruması teqiye deyilmi?
Cavab:

Və aleykum Salam.

ardını oxu
18-03-2024 Fatimə
Salam. Seher ve axşam zikrlerinin içinden birini seçib demek olar yoxsa gerek seher üçün olan bütün zikirleri bir-bir deyek? Elece de axşam zikirlerini. Bir de bu zikrleri 1 defe oxumaq kifayetdir, yoxsa bu zikrin öz sayı var? Çox sağolun.
Cavab:

Və aleykum Salam. Səhər və axşam deyilən zikrlər çoxdur və insan bu zikrlərdən istədiyini deyib istədiyini deməyə bilər. Hətta bir zikri seçib demək də icazəlidir. Zikrlərin sayına gəlincə bəzi zikrlərin müəyyən sayda deyilməsi buyurulub, bu zikrlər şəriətin müəyyən etdiyi sayda deyilməlidir.

ardını oxu
18-03-2024
Salam qüsul yerinə təyəmmüm etmək olar? Mən namaz qılmaq istəyirəm ama başım ağrıdığı üçün tez tez başıma su vura biımirəm soyuq vaxtlar.təyəmmüm edib namaz qıla bilərəm?
ardını oxu
18-03-2024 Axi Stxa
Salam aleykum. qadina erinin yaxin qohumlarindan kimler mehrem ve namehremdir. ve er ucun heyat yoldasinin yaxin qohumlarindan kimler mehrem ve namehremdir. kişiye oz dogma qardasinin heyat yoldasi namehremdirmi ?
Cavab:

Və aleykum Salam. Doğma qardaşın həyat yoldaşı naməhrəm sayılır. Rəvayət edilir ki, bir dəfə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Heç bir kişi, naməhrəm qadınla təklikdə qalmasın". Bir kişi soruşdu: "Ey Allahın Elçisi!

ardını oxu
18-03-2024 Samil
Men bir neçe defe namazı terk etmişem.Indi yeniden başlamaq isteyirem ama yene içimde qeribe qorxu hissi var.yeniden namaz qılsam goresen Allah meni bağışlayar?
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
18-03-2024 :)
Salam. Dində yeni il bayramı qeyd etmək günah kimi görülür xristianların bayramı olduğu üçün. Amma Allah hamını birliyə çağırıb belə olanda bayramı qeyd etmək günah olur?
Cavab:

Və aleykum Salam. Uca Allah insanları Allaha itaətdə və Allahın sevib razı qaldığı əməllərdə birləşməyi əmr edir. Allah müsəlmanlara Allaha asilik olan əməllərdə kafirlərlə birlikdə olmamağı, onlara bənzəməməyi əmr edir.

ardını oxu
17-03-2024
Əs salamu əleykum və rəhmətulahi və bərəkatuh.1)Bürcə inanmaq şirkidi. 2)Əlcək taxmaq müsbət əməldir . 3). Naməhrəm olan yerde işləmək günahdır. 4).Evde naməhrəm olmadıqda hicabsız gəzmək olar. FF
Cavab:

Və aleykum Salam. 


1) Bu cavabı oxuyun:


Bürclərə inanmaq günahdır?


ardını oxu
17-03-2024
Namaz qılan insan masturibasya edə bilərmi?
Cavab:

Əssələmu aleykum. Bu cavabları oxuyun:

ardını oxu
17-03-2024 AxiStxa
salam aleykum . dinimize gore polis isinde islemek olarmi ?
Cavab:

Və aleykum Salam. Bəli, müsəlman ibadətlərinə mane olmayan istənilən vəzifədə işləyə bilər. Həmçinin oxuyun:


Dinə bağlı bir insan hərbçi işləyə bilərmi?
ardını oxu
17-03-2024 Sual
Əssələmu Aleykum va Rahmətullahi va Bərakətuhu. Bacım novruda səməni halvası bişirmək üçün məndən həyətimdə buğda cücərdib, suyunu süzməyimi istəyir. Bunu edə bilərəmmi? İcazəlidirmi? (Mənə novruz üçün etsiyini demir, amma bilirəm ki onun üçün istəyir)
Cavab:

Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Xeyr, edə bilməzsiniz. Çünki novruz bayramı İslama zidd olan bir bayramdır. Günah və batil işlərdə isə başqalarına yardım etmək olmaz. Ətraflı oxuyun:

ardını oxu
16-03-2024 Abdullah
As selamualeykum va rahmatullahi va barakatuhu. Qusmaq dəstamazı pozurmu?
Cavab:

Və aleykum Salam. Qusmaq dəstəmazı pozan amillərdən deyil, fərq etməz istər çox miqdarda olsun, istər az, istər qəsdən olsun, istər qeyri-ixtiyari olsun. Ətraflı oxuyun:

ardını oxu
16-03-2024 ƏLİ
Salam aleykum mən 1il 2ay namaz qılıram və arada namazlarım qəza oldu hem sayını hem de ardıcılığını unutmuşam cəmi 200ə yaxın qəza idi 1 illik qəza namazı qılsam o qəzalarımı Əvəz edər
Cavab:

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, səhlənkarlıq üzündən buraxılan namazlar qəza edilmir. Buna görə Allaha tövbə etmək və nafilə namazları çoxaltmaq lazımdır. Ətraflı oxuyun:

ardını oxu
16-03-2024
Salamaleykum.Mescide girerken salam vermek lazimdi ya yox..?
Cavab:

Və aleykum Salam. Məscidə girərkən salam vermək müstəhəbdir. Ətraflı oxuyun:

ardını oxu
16-03-2024 Aydın
Salam,borcum var idi borc qaytarmalı idim.borc sahibi pulu isteyirdi.Heçyerden tapa bilmedim.axirda elacsiz qalib maşını kredite salıb pul götürdüm ve borcu qaytardım. Hökm nedir burda.
Cavab:

Və aleykum Salam. Bu cavabı oxuyun:


Kredit götürmək hansı hallarda günah deyil? 

ardını oxu
16-03-2024
Salam.Zehmet olmasa cavablandirardiniz Dinizmizde beraet gecesi anlayisi varmi? Ve mueyyen dualarin mueyyen sayda oxunanda hacet qebul olunur fikri dogrudurmu? Bir de tovbe duasi varmi dinimizde?
Cavab:

Və aleykum Salam. 


1) Bu cavabı oxuyun:

ardını oxu

Pages